Axtarış...

"Atlas" MMC şəhid ailələri və Qarabağ döyüşçülərinə QARŞI... - GİLEY

"Atlas" MMC şəhid ailələri və Qarabağ döyüşçülərinə QARŞI... - GİLEY

Bir qrup Qarabağ qazisi və müharibə iştirakçısı "Atlas” MMC tərəfindən torpaq sahələrinin zəbt edildiyini deyirlər. Bu barədə onlar Azerbaycanrealligi.com-a məlumat veriblər. 20 nəfərdən artıq Qarabağ döyüşçüsü ölkə başçısı İlham Əliyevdən kömək istəyib.

Qarabağ əlili İltifat Aslanov bildirib ki, onların torpaqlarını saxta sənədlər vasitəsilə mənimsəyiblər: "Mən də digər yoldaşlar kimi, 2005-ci ildən tam qaydalar çərçivəsində torpaq almışam. Amma məmurlar saxta sənəd hazırlayaraq, bizim mülükümüzü əlimizdən alıblar. Üst-üstə cənab prezidentə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Biz bilirik ki, bizim müraciətlər ölkə başçısın çatmır və bəzi məmurlar bunu bilərəkdən edir ki, insanlar dövlətdən narazı qalsın. Bu qədər haqsızlıq eləmək olmaz Qarabağ döyüşçülərinə qarşı. Bizim sağlamlığımız onsuz da imkan vermir gedib hardasa işləyib pul qazanaq. Bu torpağı aldıq ki, özümüzə bir ev tikib yaşayaq, amma buna imkan vermir "Atlas” MMC rəhbərliyi. Deyir ki, get kimə istəyirsən de, mən heç kimdən qorxmuram. Biz də qalmışıq ortalıqda, bilmirik nə edək, kimə müraciət edək”.

Vasif Mikayılov isə deyir ki, o, Qarabağ qazisinin nümayəndəsi kimi bura gəlib: "Qarabağ döyüşçüsü adından gəlmişəm bura, çünki o, xəstədi deyə gələ bilmədi. İstəyirəm buradan ölkə başçısına öz sözümü çatdırım ki, bizim problemi həll etməyə göstəriş versin. Burdakı insanların hamısı vətən, ölkəni sevən insanlardır, amma bəzi məmurlar və işbazlar imkan vermir ki, yaşayaq. Bu qədər haqsızlıq olmaz, daha bilmirik ki, dərdimizi kimə danışaq".

Qarabağ veteranı Tələt Fərhadov isə qanunsuzluq və haqsızlıqla üzləşdiklərini bildirib: "Mən bu vətən üçün, torpaq üçün könüllü döyüşmüşəm, çünki bu ölkə bizim namusumuz, qeyrətimizdir. Biz bu ölkə üçün hər zaman ölməyə belə hazırırq. Amma indi bəzi insanlar bilərəkdən elə addım atır ki, bizi ölkə başçısından, vətəndən soyutmaq istəyir. Axı bu qədər haqsızlıq olmaz. "Atlas” MMC rəhbərliyi bizi bu ölkə ilə baş-başa qoyur. Bizi qəbul da etmir, saxta sənədlərlə bizim halal mülkümüzü alıblar. Bilmirik kimə deyək dərdimizi. Gedirik danışaq "Atlas” MMC rəhbəri ilə, o isə polis çağırır”.

Daha sonra digər Qarabağ döyüşüləri fikirlərini belə ifadə ediblər: "Bu torpaqları biz 2005-ci ildən almışıq, amma "Atlas” MMC özbaşına bu torpaqları zəbt edərək, bizim daş hasarları da söküb öz işlərini aparmağa başlayıblar. Bununla bağlı dəfələrlə icra başçısına, məhkəmələrə müraciət etmişik, amma bizi sayan yoxdur. Biz ona görə Qarabağda döyüşdük ki, vətənimizi, torpağımızı, qeyrətimizi qoruyaq, amma bu gün bizə verilən qiymət budur. "Atlas” MMC-nin rəhbərinin qəbuluna dəfələrlə getmişik, amma bizi qəbul etmir, polis çağırır. Bizi dövlətlə üz-üzə qoyur "Atlas” MMC rəhbəri. Bəzi məmurlar və bu "Atlas” MMC-nin rəhbəri bizi dövlətlə, ölkə başçısı ilə üz-üzə qoymaq istəyir. Belə haqsızlıq olmaz. Sonra deyirlər ki, Qarabağ qazisi özünü yandırdı. Biz müharibədə zərbə alan adamlarıq, bəzən əsəbi olanda nə etdiyimizi belə bilmirik, elə edərlər biz də sonda özümüzü yandırarıq hansısa dövlət orqanı qabağında. Nə edək, hara, kimə müraciət edək? Tək çıxış yolumuz ölkəni tərk edib, başqa yerdə sığınacaq istəməkdi çarəmiz. Baxın, biz bu vətənin hər qarışı uğrunda döyüşdük, vuruşduq, amma indi hansı vəziyyət yaranıb ki, qaçmaq istəyirik bu ölkədən bəzi insanarın əlindən. Axı belə münasibət bəsləmək olmaz insanlara. Bizim öz halal pulumuzla aldığımız torpaqlar əlimizdən alınıb, tikdiyimiz hasarlar dağıdılıb".

"Cənab pezidentdən xahiş edirik, səsimizə səs versin. Məmurlar vətəndaşlara, şəhid ailələrinə, qazilərə qarşı həssas olmalıdırlar, amma baxın vəziyyət nə yerə çatıb ki, bezmişik. Bilsək ki, bu torpaqlar Azərbaycana lazımdır, hamımız könüllü bağışlayarıq torpağı, amma hansısa tikinti şirkətin zəbt etməyini həzm edə bilmirik”, - deyə Qarabağ döyüşçüləri bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz