Axtarış...

Dövlət Vergi Xidməti "OBA"nı görməzdən gəlir... - İTTİHAM

Dövlət Vergi Xidməti "OBA"nı görməzdən gəlir... - İTTİHAM
1994-cü ildən fəaliyyət göstərən, ölkəyə qida məhsulları idxal edən Veysəloğlu şirkətlər qrupu sonradan özü istehsala başladı. Ulduz şokolad fabriki, "Araz", "Oba", "Spar" marketlər şəbəkəsi də "Veysəloğlu" MMC-yə məxsusdur.
Yəni az qala 30 ilə yaxın fəaliyyət göstərən Veysəloğlu MMC bu illər ərzində nə keyfiyyətli qida istehsal edə bildi, nə də normal xidmət mədəniyyəti yarada bildi.
Təsəvvür edirsiniz, hər gün müştərisi olduğumuz Oba marketdə qida məhsullarının tozu alınmır. Vitrində sıralanmış mineral suların qablarını toz basıb. Dəfələrlə irad bildirməyimizə baxmayaraq müştərini eşidən yoxdur.
Digər ciddi məsələ Oba-da balıq və konserv məhsullarının vaxtının keçməsidir. Müştəri tələb edəndə satıcılar məhsulların konkret yararlılıq müddətini göstərə bilmir.
Bütün bunlar azmış kimi vitrindəki qiymətlərlə kassada hesablanan qiymətlər arasında xeyli fərq yaranır.
Alıcı cibindəki məbləğə uyğun məhsulları götürüb kassaya yaxınlaşır, satıcı isə elə məbləğ deyir ki, alıcı aldığını geri qaytarmağa məcbur olur. Və satıcı deyir ki, qiymətlər dəyişib. Əgər dəyişibsə, niyə vitrində bu görünmür ?
Bir sözlə, Oba və Araz marketlər şəbəkəsində fırıldaq baş alıb gedir.
Görəsən qida məhsullarının keyfiyyətinə Qida Təhlükəsizlik Agentliyi niyə nəzarət etmir ?
Digər tərəfdən az qala ölkəni əhatə edən Veysəloğlunun topdan satış və pərakəndə satış şəbəkəsinə Dövlət Vergi Xidməti niyə göz yumur ?
Açıq-aşkar görünür ki, bu şəbəkədə ciddi vergidən yayınma var.
Digər tərəfdən şirkətin gömrük rüsumlarını necə ödəməsi də ciddi sual altındadır.
Veysəloğluna məxsus marketlər şəbəkəsində ciddi problemlərdən biri də işçilərin əmək müqaviləsi olmadan işləməsidir. Bu ciddi qanun pozuntusudur.
Bəzən deyirlər ki, guya marketlərdə baş verənlərdən şirkətin rəhbərliyinin xəbəri yoxdur.
Bu tamamilə absurd fikirdir. Şirkrətdə baş verən bütün fırıldaq və qanunsuzluqlardan Veysəloğlunun rəhbərlriyin xəbəri var. Ancaq şirkət ölkə rəhbərliyinin tapşırıqlarına baxmayaraq süni qiymət artımı yaradır. Bu da əhalinin ciddi narazılığına səbəb olur. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz