Axtarış...

TN-nin BOZ KARDİNALI... - İDDİA

TN-nin BOZ KARDİNALI... - İDDİA


Qurbanov Firudin İsa oğlu 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “İqtisadiyyat və planlaşdırma” fakültəsini bitirmişdir.

Yəni mühasib-“buxqalter-ekonomist”dir.
Yaxşı, bu adam necə oldu Bakı Dövlət Universitetinin rektoru oldu ?
Cənablar !
Bizim kiməsə qarşı zərrə qədər xoş olmayan niyyətimiz yoxdur.
Buyurun, BDU-nun 101 illik tarixini varaqlayın !
Görün 101 illik tarixdə belə bir hal olubmu ?
Axı, tarixçi Tibb Universitetinin rektoru necə ola bilər ?
Bəs onda “ekonomist” BDU-nun rektoru necə oldu ?
Bitirmisən, “Narxoz”u, get “QosPlan”da işlə, İqtisadiyyat Nazirliyində işlə və s.
Bəli, son illərdə əsl kadrlara qarşı ciddi hücum var. Bunu açıq deməliyik.
Kimsə nazir təyin olunan kimi nazirlikdəki 30-40 illik təcrübəli kadrları göndərir “gedər-gəlməzə” və harda savadsız qohum-əqrəbası var, doldurur nazirliyə.
Beləcə, uzun illər ərzində yetişmiş KADR KORPUSU məhv olur. Və yerinə səydaş-savadsız adamlar gəlir.
Bütün dünya bilir ki, savadlı mühəndisin hazırlanmasına 10 il vaxt sərf olunur. Yəni kadr yetişdirmək asan məsələ deyil.
Bizim hörmətli Firudin Qurbanovun personası ilə işimiz yoxdur. Bəlkə də hamıdan çox vətənpərvər, gözəl insandır.
Amma...Ortada əlahəzrət FAKT-lar var.
Firudin müəllim, Moskva Kooperasiya İnstitutunun Bakı filialında işləyəndə rüşvət məsələsində ad çıxarmışdı.
Sonra oldu Tələbə Futbol Federasiyasının prezidenti.
Ayy Firudun müəllim, bu necə olur ? Futbol hara, sən hara ?
Futboldan sonra cənab Qurbanov 2014-cü ildə təhsil nazirinin müavini oldu.
Və sonra cənab Qurbanov təhsil nazirinin müavini olmaqla bərabər, BDU-nun rektoru oldu.
Bu dünyada analoqu olmayan məsələdir. Nazir müavini həm də BDU-nun rektoru oldu.
Bu boyda məmləkətdə bir adam tapılmadı ki, mütləq nazir müavini həm də rektor olmalı idi ?
Bəli, qısa müddətdə böyük pullar yığılmalı idi.
BDU-nun rektoru olan kimi Firudun Qurbanov, xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların qiymətini dəfələrlə artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi ?, A qiymətləri yazdırdı ? və rüşvət yığımına start verdi ?
Firudin Qurbanov nazir müavini kimi orta məktəblərə müəllim düzəltmək, şagirdlərin yerdəyişməsi və s məsələlərdən əməlli-başlı pul qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun:
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. //gundelik-baku//
Text-to-Speech

DİNLƏ






Şərh yaz