Axtarış...

Müşfiq Bəkdiyevin göstərdiyi qəhrəmanlıq dillərə dastan oldu

Müşfiq Bəkdiyevin göstərdiyi qəhrəmanlıq dillərə dastan oldu

MilliTV.az

Bu reportajımızın qəhrəmanı Sumqayıt şəhər Corat qəsəbə sakini Müşfiq Bəkdiyevdir. O Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Müşfiq Xocavənd uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq dillərə dastan oldu. Söhbət Sumqayıt Corat qəsəbə sakini 18 yaşlı Müşfiq Bəkdiyevdən gedir.

O vətən müharibəsi başlayanda, sentiyabrın 27-də hərbçi yoldaşları ilə birgə döyüşə atılır. Müşfiq Bəkdiyev Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Xidməti dövründə atıcı olan əsgər Müşfiq Bekdiyev oktiyabrın 27-də, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub

Qəhrəmanlar unudulmur. Anası Samirə Bəkdiyeva deyir ki,vətənini canından çox sevən oğlu uşaqlıqdan Vətənpərvər ruhda böyüyüb.

Müşfiq Bəkdiyev Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn edilib.Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.


Daha çox xəbər

Şərh yaz