Axtarış...

Rusiya ilə baxışlarımız fərqlidir, amma... - Çavuşoğlu

Rusiya ilə baxışlarımız fərqlidir, amma... - Çavuşoğlu


Moskva və Ankaranın bir sıra məsələlərdə fikri fərqli ola bilər, amma Rusiya ilə dialoqu açıq saxlamaq və qarşılıqlı fəaliyyəti davam etdirmək lazımdır.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya mətbuatına müsahibəsində deyib. O, Ankaranın Moskva ilə işgüzar əlaqələr qurmağa çalışdığını bildirib:

“Müsbət nəticələrə çatmaq heç də həmişə asan olmur. Bu o demək deyil ki, bütün məsələlərdə eyni fikrə sahibik. Lakin biz açıq danışırıq. Vacib olan dialoq kanallarını açıq saxlamaqdır.

Türkiyə özünün milli maraqlarını müdafiə etməlidir. Rusiya bunu başa düşür. Biz Rusiya ilə mümkün olanda əməkdaşlıq edirik, amma ehtiyac olanda mövqeyimizi qətiyyətlə qoruyuruq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz