Axtarış...

Rusiya XİN: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağda həll yollarına çatmaq üçün şərait yaradıb”

Rusiya XİN: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağda həll yollarına çatmaq üçün şərait yaradıb”


Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması qarşılıqlı məqbul həll yollarının əldə edilməsi üçün lazımi şərait yaradıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət İcmalında deyilir.

Qeyd edildiyi kimi, Rusiya sülhün bərpasında və Dağlıq Qarabağda humanitar vəziyyətin normallaşması üçün şərait yaradılmasında əsas rol oynayıb.

“Rusiya və şəxsən Vladimir Putin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda kəskin qan tökülməsinin (qan tökülmə ocağının) aradan qaldırılmasında əsas rol oynayıb. 9 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə Bəyanat qəbul ediblər. Dağlıq Qarabağ münaqişə zonasında tərəflərin təmas xətti b və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirili, Beynəlxalq humanitar yardım mərkəzi yaradılıb”, - məlumatda deyilir.

Qeyd olunduğu kimi, Dağlıq Qarabağda və ona bitişik bölgələrdə vəziyyət sabitləşib və bu da bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin yaradılmasının qarşısını alan maneələri aradan qaldırmaq üçün işə başlamağa imkan verib.

“ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi həll prosesinin irəliləməsində iştirak etdik”, - icmalda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda Türkiyə ilə qarşılıqlı əlaqəni də vurğulayıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Ankara ilə ortaq Rusiya-Türk Mərkəzi yaradılması barədə razılaşma zorakılığa son qoymaq, Cənubi Qafqazda sülhü və təhlükəsizliyi gücləndirib qorumaq istiqamətində qarşılıqlı məqbul həll yollarına çatmaq üçün lazımi şərait yaradıb”, - icmalda deyilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz