Axtarış...

Rusiya hərbçiləri Laçın dəhlizindən ermənilərin keçidinə nəzarəti gücləndirdi?.. - NƏ BAŞ VERİR?

Rusiya hərbçiləri Laçın dəhlizindən ermənilərin keçidinə nəzarəti gücləndirdi?.. - NƏ BAŞ VERİR?
Rusiya sülhməramlıları İrəvan-Xankəndi yolunda nəzarəti gücləndiriblər.

Moderator.az xəbər verir ki, bu barədə qəsbkar ölkənin "İravunk" qəzeti yazır.

Məlumatda iddia edilir ki, İrəvan-Xankəndi yolunda Rusiya sülhməramlılarının nəzarəti gücləndirməsi guya Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun “Tvitter” hesabında iyun ayında Xankəndinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olacağını söyləməsindən sonra başlanıb...

“Sülhməramlılar avtomobilləri dayandırır, insanları və yük yerlərini bir-bir yoxlayır. Amma Şuşa yaxınlığındakı nəzarət-keçid məntəqəsində heç bir yoxlama yoxdur.
Qarabağ erməniləri əvvəllər bu postda avtomobillərin yoxlanılmasının insidentlərlə müşayiət olunduğunu deyirlər. Azərbaycan hərbçilərinin müəyyən iradlar tutması və Rusiya sülhməramlılarının ailələri ilə birgə yola çıxmış erməni kişilərin buna reaksiya verməsinin qarşısını birtəhər alması halları da olur”- erməni qəzeti belə yazır.

Xatırladaq ki, İrəvan-Xankəndi yolunda əsas nəzarət-keçid məntəqəsi “Laçın dəhlizi” deyilən ərazimizin girişində Gorus-Laçın yolunun Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən hissəsində yerləşir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz