Rusiya Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzrə birbaşa dialoq imkanlarının yaradılması üzərində çalışır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Bizim mövqeyimiz dəyişməzdir. Sergey Lavrov bunu bir daha Bakıda təsdiq etdi. Biz ATƏT-in Minsk Qrupu formatında çalışmağa davam etmək niyyətindəyik”, – deyə o bildirib.