Axtarış...

Xankəndi aeroportu açılır: Rusiya nə etmək niyyətindədir? - AÇIQLAMA

Xankəndi aeroportu açılır: Rusiya nə etmək niyyətindədir? - AÇIQLAMA


Bu gün Xankəndi aeroportunun açılışı olacaq.

Bu barədə Rusiya və Ermənistan kütləvi informasiya vasitələri «Dağlıq Qarabağ hökuməti»-nə istinadən xəbər verib.

«Aeroportun ətrafındakı ərazi minalardan tamamilə təmizlənib, aeroportun özü isə mühandis və texniki nöqteyi-nəzərdən ştatlı iş reiminə tam hazırdır» ,– deyə «Sputnik Armeniya» agentliyi xəbər verir.

Xankəndi aeroportu hələ 2012-ci ildə təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Ancaq Azərbaycanın qarşı durması səbəbilə, bu, baş verməyib.

Noyabr ayında üçtərəfli sazişin bağlanması və bölgədə Rusiya sülhməramlı əməliyyatının başlanmasından sonra vəziyyət dəyişib.

Xankəndi aeroportunun fəaliyyətinə nəzarəti hansı tərəf həyata keçirəcək?

Digər tərəfdən isə xəbərinə qondarma rejimə istinadən yayılması xoşagəlməz durum yaradır.

Milli Cəbhə Partiyasının Siyasi məsələlər üzrə sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın Xocalı aeroportundan istifadəni buradan əsasən sülhməramlı qüvvələrinin təchizatını həyata keçirmək üçün planlaşdırır:

“Azərbaycan uzun illərdir bu aeroprtun açılmasına, ermənilərin buradan istifadə etməsinə icazə verməyib. 10 noyabr bəyannaməsindən sonra Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşməsi və buradan onların təchizatı Azərbaycan ərazisindən quru yolla həyata keçirir. İndi Rusiya bunu hava yolu ilə həyata keçirmək istəyir. Buradan istifadə edilməsi yalnız Azərbaycanın razılığı ilə baş tutmalı və burada Azərbaycan təhlükəsizlik işçiləri olmalıdır”.

Politoloq bildirir ki, əgər aeroportda qondarma qurumun və Rusiyanın bayrağı asılacaqsa, bu, Azərbaycanın suverenliyinə təhdid olacaq:

“Rusiya çalışır ki, Azərbaycanın burada nəzarəti olmasın. Bu uçuşlardan Qarabağdakı ermənilər və qondarma rejim istifadə etsin. Rusiyanın orada qondarma rejimi qoruması faktdır. Rusiya çalışır ki, hava nəqliyyatını bərpa etməklə, Moskvaya birbaşa reys açısın. Bu, qondarma rejimin dirçəlməsinə gətirb çıxara bilər və gələcəkdə yenidən münaqişənin alovlanmasına xidmət edər. Düşünürəm ki, yalnız Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa edildikdən sonra burada uçuşlara icazə verilməlidir. Azərbaycanın nəzarəti olmadan buradan uçuşların həyata keçirilməsi ermənilərin silahlandırlımasına gətirib çıxara bilər. İlk növbədə biz Xocalının nəzarətimizə keçməsini tələb etməliyik”.

Rusiya mətbuatının da istinad etdiyi xəbərin “mənbə”sinə gəlincə, politoloq bildirib ki, Rusiya mətbuatının hələ də “Dağlıq Qarabağ hökuməti” yazması, qondarma rejimə istinad etməsi müəyyən suallar doğrurur və Azərbaycan tərəfi buna son qoymaq üçün Moskvaya müraciət etməlidir:

“Rusiyada mətbuat hökumətin nəzarətindədir və bu kimi xəbərlər və manşetlər rəsmi Moskvanın icazəsi olamdan verilə bilməz”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz