Bir əsrdən çoxdur ki, qeyd edilən 1 May – Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günüdür. Lakin Azərbaycan müstəqil olandan sonra sovet ideologiyasının daşıyıcısı kimi 1 May bayramına münasibət yeni məzmun kəsb etmişdir. Hesab edilir ki, bu bayram kommunist ideoloji təşkilatların ən çox istifadə etdiyi manipulyasiya alətidir.
Azərbaycanda kommunist hərəkatının öncülü Ədalət Abdinov xalqların 1 May əmək bayramına sağçı – liberalların yanaşma tərzi ilə qətiyyən razılaşmır. Onun fikrincə, birlikyaratma iqtidarında olan bu aktiv bayram mərasimi insanları mütərəqqi toplumllaşdırmağa və hakimiyyəti buna yönəlik sosial siyasətə sövq etmək gücünə malikdir.
Əməkdaşımız hazırda Masallı kommunistlərin təbiət qoynunda təşkil etdiyi 1 May gəzintisinə qatılan tanınmış kommunist Ədalət Abdinovla telefon əlaqəsi yaratmış və onun səs yazısının mətnini oxuculara təqdim edirik:
Müsahibəni Milli-tv dən izlə Video
Rövşən Qasımov: - Salam, Ədalət müəllim, Millitv.az saytından Rövşən Qasımov sizi narahat edir. Bu gün dünyanın bir sıra ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü 1 May bayramı qeyd edilir. Uzaq keçmişimizdən bu günümüzə qədər yaşamaq gücünü saxlayan bu tarixi hadisə ilə bağlı fikirlərinizi bilmək istiyərdim.
Ədalət Abdinov:- Azərbaycanda 1 May ilk dəfə Bakıda 1900-cı ildə Balaxanı-Sabunçu rayonunda Stepan Razin dağının әtәyindә sosial-demokrat dәrnәklәri nümayәndәlәrinin yığıncağında gizli keçirilib.
1901-ci ildə polis təqiblərinə baxmayaraq, Balaxanı-Sabunçu fәһlələri 1 Mayı әllәrindә qırmızı bayraqlar inqilabi maһnılar oxumaqla qeyd ediblәr.
1902-ci il 1 May günündә Bakıda 5 minә qәdәr fәһlә “Rәdd olsun, mütlәqiyyәt!”, “Yaşasın azadlıq”, “8 saatlıq iş günü” şüarları ilә küçәlәrә çıxıb.
1903-cü ildə Bakııda keçirilәn 1 May nümayişini “İskra” qәzeti “gözlәnildiyindәn çox yüksәk” bir tәdbir adlandırdı. Həmin gün nümayişçilәrlә polis arasında qanlı toqquşma olub. 1905-ci ildә 1 May gününü Bakı proletariatı ilə yanaşı Yelizavetpol (indiki Gəncə) fəһlәlәri dә geniş qeyd ediblәr. Sonralar 1 May Azәrbaycanın digәr qәzalarında da qeyd edilmәyә başladı.
Bakı fәһlәlәrinin “Rәdd olsun ingilis işğalçıları!”, “Yaşasın Azәrbaycanda Sovet һakimiyyәti!”, “Yaşasın sosialist ideyaları!” şuarları altında keçәn 1919-cu il 1 May nümayişindә 50 minә qәdәr nümayişçi iştirak edib.
Azərbaycanda Sovet һakimiyyәtinin qәlәbәsindәn sonra 1 May günü ümumxalq bayramı kimi qeyd edilirdi. Yəni 1920-ci ildən başlayaraq, 1 May Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Yeri gəlmişkən, hələ 1919-cu ildə əməkçilərin 1 May bayramı qeyd ediləndə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu bayramda fəal iştirak edib.
Rövşən Qasımov: - Ədalət müəllim, indi verəcəyim suala cavabınız çox maraqlı olardı. Müasir Azərbaycan kommunisti kimi 1 Mayın mahiyyətinə yeni baxışlarınız varmı?
Ədalət Abdinov: - 1 May dünya zəhmətkeşlərinin öz qüvvələrinə mübariz baxış günüdür. Vladimir İliç Lenin yazırdı ki, “Mayın biri onlar üçün oyanıb birliyə və mədəniyyətə qovuşmaq bayramıdır, hər cür zülmə qarşı, hər cür özbaşınalığa qarşı, hər cür istismara qarşı, cəmiyyəti sosializm əsasları üzrə qurmaq uğrunda mübarizə aparmaq üçün vahid qardaşlıq ittifaqı halında birləşmək bayramıdır”. Təkrar edirəm, bu, 1 Mayla bağlı dahi Leninin fikridir.
1 Mayda zəhmətkeşlər başqa ölkələrdəki sinif qardaşlarıyla, dünyanın vicdanlı və mütərəqqi qüvvələri ilə birliyini ortaya qoyur. Bu gün əməllərimizin, hünərlərimizin beynəlxalq əhəmiyyəti bir daha dərk olunur ki, bu da Azərbaycan zəhmətkeşləri üçün bir ilham mənbəyidir. Azərbaycan zəhmətkeşi ilə yanaşı 1 Mayı dünyanın əksər ölkələrində milyonlarla insan bayram edir. Bu, kapital əsarətindən azad olmaq uğrunda mübarizə aparan insanlar üçün ruhlandırıcı nümunədir.
Müxtəlif ölkələrin zəhmətkeşləri müxtəlif şəraitdə yaşayır və mübarizə aparırlar. Onlar özlərinin 1 May bayramını da müxtəlif cür qarşılayırlar. Lakin hər yerdə 1 May bayramı zəhmətkeşlərin həmrəylik və birlik günüdür. 1 May bayramı buna görə kommunistlər üçün əzizdir. Kommunist hərəkatı “Bütün ölkələrin proletarları, birləşin!” şüarı altında yaranmışdır. Kommunistlərin əməkçi xalqın məqsəd və mənafeyinin vəhdəti kimi böyük bir ideyanı təcəssüm etdirən həmin şüarı bu gün də dünya üzərində səslənir.Bu gün, 1 May günündə biz Azərbaycan kommunistləri zəhmətkeşlərin hüquqları uğrunda, sosial tərəqqi uğrunda mübarizə prinsiplərinə sədaqətli olduğumuzu yenidən bildirir və kapital ölkələrindəki sinif qardaşlarımızla həmrəylik duyğularımızı ifadə edirik.
Rövşən Qasımov: - Ədalət müəllim, AXC – Musavat cütlüyü hakimiyyəti tərəfindən 1 May bayramının dövlət səviyyəsində qeyd olunmasının ləğv edilməsi barədə nə deyə bilərsiniz?
Ədalət Abdinov: - 1 May 132 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.
1992-ci ildə, o vaxt hakimiyyətdə olan AXC-Musavat cütlüyünün parlamenti Azərbaycanın bayramları haqqında qanun qəbul etmiş və 1 Mayı o sıraya daxil etməmişdir. Və 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 Mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.
Bilirsinizmi, bu insan əməyinin, zəhmətinin nə qədər vacib olduğuna biganə qalanların çox yanlış və səhv addımdır. Eyni zamanda, əməkçi insanların arzularına və istəklərinə burjua ideologiyasının daşıyıcısı olan həmin hakimiyyət tərəfindən çəpər çəkilməsi deməkdir.
Yeri gəlmişkən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bu bayramın gündəmə gətirilməməsini də ciddi nöqsan hesab edirəm və bu nöqsanı Azərbaycan kommunistləri adından həmin təşkilatın rəhbərliyinin nəzərinə bir daha çatdırıram.
Bütün bunlara rəğmən qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin hakimiyyəti dövründə insanlar azad, rahat şəkildə 1 May bayramını öz evlərində, ailələriində, dostları ilə, çalışdığı kollektiv ilə birgə keçirirlər. Bakı kommunistləri şəhər icra hakimiyyəti ilə razılaşdırmaqla, hər il Nizami rayonundakı Fəhlə abidəsi önündə 1 May törənini təşkil ediblər. Kənd rayon əməkçilərinin təbiət qoynunda gəzinti ilə bu bayramın keçirilməsinə isə heç vaxt maneçilik törədilməyib.
Rövşən Qasımov: - Ədalət müəllim, suallarımızı ətraflı cavablandırdığınız üçün sizə təşəkkür edir və 1 May bayramınız mübarək olsun, deyirəm.
Ədalət Abdinov – Sizi və saytınızın dəyərli oxucularını zəhmətkeşlərin beynəlxalq bayramı, dünya fəhlələrinin həmrəyliyi və bütün ölkələrin zəhmətkeşlərinin qüvvələrinə mübariz baxış günü -1 May münasibəti ilə ürəkdən təbrik edirəm!
1 May bayramı istismarçı kapitalizmlə, irticaçı imperializmlə — nəhəng yağıyla mübarizədə həmrəyliyimiz, yenilməzliyimiz, əyilməzliyimizdir. Bu təntənədə zəhmətkeşlər xilaskar marksizm-leninizmin işıqlı fikirlərinə, əməllərinə yüksəlirlər.
Sosializmdən ayrılmaqla hesab edirəm ki, parçalandıq, paralandıq, rəiyyətləşdik, özgələşdik. Hünər qaynağımız, ucalığımız 1 May bizi özümüzə qaytarır!
Dünya zəhmətkeşlərinin harayı, dönməzlik ənənəsidir — 1 May!
1 Mayda böyük mübarizə və qələbələr yolu keçmiş Azərbaycan kommunistlərinin sönməz ideya işığı, hünəri, mətanəti var!
Bu büsatın, şənliyin sevincini yaşayan bütün əziz dostlara və yoldaşlara byramınız mübarək olsun – deyirəm.
Rövşən Qasımov: - Çox sağ olun!Millitv.az