Sabahdan Azərbaycanda bayram tətili başlayır.
Novruz bayramı münasibətilə 9 gün istirahət olacaq. İş günü isə martın 29-dan başlayır.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən 2021–ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26- sı da bayram günü hesab olunur.
Martın 27-si və 28- i isə həftəsonuna təsadüf edir.