16 oktyabr – beynəlxalq və Azərbaycan kommunist hərəkatının fəallarından biri Ədalət Abdinovun ad günüdür. Mən Ədalət Abdinovu klassik marksizm-leninizm ideologiyasına mövcud şəratin tələblərinə uyğun yönəlmiş, ölçülüb-biçilmiş fəaliyyət göstərən və doğma Azərbaycanın vətənpərvər oğlu kimi tanıyıram.
Doğum günü doğma Qarabağımızın işğaldan azad olunduğu və ölkəmizin ərazi bütövlüyü təmin olduğu tarixi hadisələrlə eyni vaxta təsadüf etdiyi dəyərli dostuma ən səmimi təbriklərimi yetirirəm. Fəaliyyətində uzun ömür, möhkəm cansağlığ, yeni-yeni uğurlar, rifah, firavanlıq, ailə xoşbəxtliyi, əmin-amanlıq və bütün təşəbbüslərinin həyata keçməsini arzu edirəm.
Ədalət Abdinov doğma Azərbaycanın mənafeyinə, inkişafına və yüksəlişinə sadiqliyi ilə yerli və xaricdəki kommunist yoldaşlarının da böyük hörmət və dəstəyini qazanıb.
O, Azərbaycanda kommunist hərakatının inkişafına, marksizm-leninizm ideyalarının həyata keçməsinə maksimum səylər göstərir. Ümid edirəm ki, onun kommunist ideologiyası istiqamətindəki faydalı və səmərəli işləri bundan sonra da ictimai dəstəklə müşayiət olunacaqdır.
Əminəm ki, mübariz kommunist Ədalət Abdinovun ciddi səyləri hazırda sol cəbhənin ən ciddi problemi olan müxtəlif qruplara parçalanmış Azərbaycan Kommunist Partiyasının vahidliyinə müsbət göstərəcəkdir.
Bir daha dostuma hərarətli təbriklərimi yetirməklə nikbinlik və xoş ovqat, səmimi qəlbdən qarşıya qoyduğu məqsədlərə nail olmağı, bütün planlarının müvəffəqiyyətlə həyata keçməsini arzulayıram!
Azərbaycan Media Məlumat Mərkəzinin kollektivi adından Baş redaktor
Rövşən Qasımov