Axtarış...

Banklarda batan ƏMANƏTLƏR: - “Vətəndaşların pulları nəinki qaytarılmır, hətta...”

Banklarda batan ƏMANƏTLƏR: - “Vətəndaşların pulları nəinki qaytarılmır, hətta...”


“Müflis elan olunan banklarda komitə yaradılmaması pozuntuların olmaması haqda iddiaları şübhə altına salır”.

Yenicag.az xəbər verir ki, bunu ötən il bağlanan Atabank, Amrahbank, AGBank və NBC Bank tərəfindən hələ də bəzi əmanətçilərin pullarının geri qaytarılmamasını dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.

İqtisadçının sözlərinə görə, ötən il ərzində fiziki şəxslərin qorunan əmanətlərinin mütləq əksəriyyəti qaytarılsa da, banklarda pulu qalmış sahibkarlar və hüquqi şəxslərin problemi həll olunmayıb: “Bu şəxslərin əmanətləri nəinki qaytarılmır, üstəlik qanunvericiliyin tələblərinə zidd olaraq onlara heç bir məlumat verilmir.

Ləğv prosesi əvvəlki illərdə olduğu kimi, qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilir. Ləğvedicinin (Əmanətlərin Sığortalanması Fondu) fəaliyyətinə dair şübhələr artmaqdadır”.

Əkrəm Həsənov vurğulayıb ki, adları çəkilən banklarda kreditorlar komitəsi də yaradılmayıb və bu, mənfi haldır:

“Kreditorlar komitəsi müflis bankda əmanətləri qalanların qurumudur. Həmin qurum ləğvediciyə nəzarət etməlidir ki, o, bankın olan-qalan əmlakının başına daş salmasın və onu kreditorlar arasında ədalətli şəkildə bölsün. Yəni heç bir kreditora qanunsuz ödəniş etməsin.

Həmçinin bankın əmlakını qənaət rejimində idarə etsin, bankın əmlakını açıq hərracda tezliklə dürüst satsın və banka borcu olanlardan borcu dürüstlüklə tələb etsin. Bütün bunların nəticəsi isə ondan ibarətdir ki, ölkədə kreditor hüquqları, xüsusən də sahibkarların hüquqları qorunmur”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz