Axtarış...

Dünya Müqavimət Poeziyasında “Qarabağ Müqavimət Şeri”nə ötmə baxış (Birinci Bölüm)

Dünya Müqavimət Poeziyasında “Qarabağ Müqavimət Şeri”nə ötmə baxış
Yazar Mehdi Nalbəndi

Bu məqalə “QARABAĞ MÜQAVİMƏT ŞERİ” adlı bir kitabin ön sözü kimi olaraq həmin kitab, qarabağ müqavimət şerindən söz açır və onunla bərabər həmin janrın digər nümunələrini isə təqdim edir.

Bismillahir-Rəhmanir-Rəhim.

Birinci dəfə olaraq ikinci dünya müharibəsində Fransız partizan şairlər, fransanın Nazi ordusu vasitəsi ilə işğal olma zamanı, işğalçılara qarşı yazdıqları şerləri "Müqavimət Şeri" yaxud "Müqavimət Poeziyası" adlandırdılar. Bu baxımdan müqavimət şeri sona çatmış bir janrdır. Ancaq sonralar Fələstinli şair "Qəssan Kənfanı " sionist işğalçılara qarşı yazılan şerləri “Ədəb-Əl-Müqavimə” adlandıraraq, bu şerin diriliyindən xəbr verdi.
Müqavimət poeziyasının müxtəlif kompunentləri vardır. Xalqı dözümə çağırma, təcavüzkarı təhqir etmə, düşmənin əhval ruhiyyəsini dağıtma, dini və milli miflərdən faydalanmaqla xırdaca zəfərləri böyük və geniş əks etdirmə və əks halda düşmən vuran zərbələri az göstərmə, ümum məfkurələri həyəcanladırma məqsədi ilə hiss incəlikləri və duyğusal detalları yaratma, milli mahnılar və marşlar istehsal etmə, ümüdsizlik və çaşqınlığa yol verməmə və dirçəliş naminə davamlı çalışmalar müqavimət poeziyasının kompunentlərindəndir. Bu özəllikləri nəzərə aldıqda "Müdafiə" Şerini "Müqavimət Poeziyası"-nın bir qolu kimi adlandırmaq olar.


Müqavimət poeziyasının global komandaları vardır. İrlandiyalı "Fani Parnel"-in vətəni haqda nigəranlığını, İtalian "Cüziə Ongrati", Misirli "Həsən Fəthəlbab", Vyetnam "Ciang Nam", El-Salvadorlı "Alxandro Gaze-Ra" yaxud Məcar "Şandor Petyofi"-nin nigərançılığı ilə eyn görürük. Azadlıq və onun məfhumu Albanialı "Əsəd Məküli"-nin dilində eləcə müqəddəs sayılır ki isveçcə "Deg Marşuld", Yunanistanlı " Joan Baez ", və Tacik " Mehrəfruz"-un şerində.

Müqavimət poeziyası , məzlumların nalə və fəryadları poeziyasıdır. Bu poeziya dünyanın müxtəlif ölkələrində istər zülm və narkoluğa qarşı istərsədə təcavüz və işğala qarşı yazılan şerləri ehtiva edir.Müqavimət şeri, cinayətlər və zülümlərin üstünü açır. Zülmkar və zorakı iqtidarlarda dostaq, işkəncə, harayları boğazlarda həbs etmə, sürgün etmələr və terrorçuluq, Konstitusiyadır.

İraqlı şair "Cavad Cəmil", "Terror" başlıqlı şerində deyir:

... Addımlarının taqqataq səsi gür-idi
Səslərinin ölüm dadı var-idi.
Və gözləri müharibə gecəsinin örpəyi altda
Vəhşilər gözlərinə bənzəyirdi

- Kimdirlər ?
- Ad lazım deyil

Gəlmişik bir sıra zadları tanıyasan" .
Və gecənin sakitliyi
Bir güllə səsi ilə titrədi
Və qandan bir künc
Səmirsiz dolayı düşdü


Saralmış cənazə üzərində Bir tikə kağız tapdıq:
"Qanunun mətni terrorçular üçün icra olundu" .

Ərəb dünyasında fələstin şerini Müqavimət Poeziyasının ən aydın nümunələrindən adlandırmaq olar. Fəlstinli şair "cəbra İbrahim cəbra", " sürgünlük səhralərində" ünvanlı şer toplusunda, sürgün edilmədən və xiyantdən söz açır:

Ardıcıl yazları sürgünlük bayırlarında sovuruq
Gözlərimiz torpaqla donmuş çiyədən dülü olduqda
Öz eşqimizlə nə edək ?


Müqavimət şeri, şəhidlik poeziyasıdır. Bir baxın suriyalı şair, Səniyə Salehin "şəhidlər şeypuru" şerinə:

Ey qəhrəmanlar !
Bu sizin qanınızdır:
Mənim qəlbimdə
Meteroyitlər kimi cumdu
Və mənim eşqimi alovlandırdı
Hansı bədən bu qanla təthir olmaz ?


Şəhidlik, dünyanın bütün şairləri nəzdində üstün və dəyərəlidir. Çili şair "Ale Xandrogazəla" öldürülmüs çili müğənni “Victor Jara”-nın matəmində deyir:

Onu sonsuz köçəri addımlarında tapırıq
Onun sızğın zümzüməsi
Axşam çağına bənzər
Qitələrin zəhərli yuxusunu çaşdırır
O ayaq yalın yerlilərin irsi
Latin xalqının taysız oğlu:


Victor Jaradır.

Müqavimət poeziyasının şairi, qara ümüdsizlik buludları arxasından sabahın üfüqünü görür. O, gahdan QURAN-nın vədlərindən ilham alaraq haqqın batilə olacaq son qələbəsinin vədini xatırlayır. İraqlı sürgün şair "Ədnan Əzzaiiğ" deyir:

Tarix kitablarını varaqlayıram
Barmaqlarım qana batır
Hər zaman,
Bir diktatorun hekayəsini bitirdimsə
Mühafizəçilər məni siyahiyə doğru rəhbərlik etdilər
Bəlkə orada qorxudan titrəyəm.

Ay genrallar !
Ay genrallar !
Nələr ətediniz röyalarımızla?!
Biz günəşə əl edərkən
Siz
Çəkmələrinizlə boynumuza təpik döyüb ötürsünüz.


Müqavimət şairi, azadlığı təmcid edir və ona mədihə yazır. O zülmün qara buludları arxasından azadlığın parlaq günəşinin çıxması arzusunu bütün şerində yayır. Azadlıq, Müqavimət poeziyasında, mələkədir, peğəmbərdir, Yaşayış ruzgarıdır və şair onu axtararaq canını itirməyə belə razıdır. İraqlı şair " Əhməd-Əlsafı-Əl-Nəcəfı" (1977 – 1984 ) "Əbədı Azağdlıq" başlıqlı şerində deyir:

Öləndən sonra
Məni səhralərə buraxın
Nə güzəldir mənim səhralərdə yaşayıb ölməyim
Məni qəbir dustağına atmayın
Ölümdən sonrada dustaqdan nifrətim var
Bədənim leş yeyənlərlə şirlərin yeməyi olan an
Mənimlə bərabr hər tərəfdə seyr və səyahətə çıxmış
Bədənimin əczasını görəcəksiniz
Diriliyimdə də can vermişəm
Ölümümdən sonra doğrulan bu misilsiz səfərdən ötrü.


Müqavimət şairi, öz vətənindən sarı vürğündür. bu şairlər və yazıçılar avarə və sürgün olduqda daha çox vətən nisgilini yaşayırlar. bu nisgil fəlstin şairlərinin şerində daha çox gözə çarpır.

Yafa , sabah biçin vaxtı sənə yaxınlaşacağam
Uluz quşuyla bərabr
Baharla bərabr
Sürgünlərdən və dustaqlardan qayıdan dostlarımla bərabr
Analarla bərabr
Hörümçəklərin qida zamanı
Bura yirmi nömrəli sığınacaqdır
Halımız hələ yaxşıdır
Və ailəmizlə avarə dostlar
Uzaq şifrəsilərdən qühüm əqrabalarını
Salamlayırlar


ƏlFstinin nasirə kəndidən olan " cəbra ibrahim cəbra " ana vətənə xitabən, vətənin sərbst çağları və uşaqlıq xatirələrindən danışır:

Ay bizim torpaq
Gəncliyimiz bir röya kimi
Səndə
Portağal ağacı kölgəsində
Fermadalarda badam ağacları içində keçdi
İndi bizi yada sal
Səhralar taxılları
Və daşqın dağlar arasında sərgərdanıq


Gələcək nəsilin kimliyini itirməsi, Müqavimət şairinin əsas narahatlığıdır. milli Həssaslıqların get-getdə azalıb aradan getməsi Müqavimət şairi ölümə daldırır. bulğarıstanlı məşhür şairə "Bəloga Dimitrovka", " qiş tuxumları " şerində deyir:

Sürgün
Özlüyündən Kötümser olmaq deməkədir
Özgə dil, sənin hazırlığını inkar edir
Asanlıqla tapacaqsan:
karlığı, lallığı.


İslam dünyasında birinci yazılan müqavimət şeri, əbutalibin peyğəmbər və işkəncəyə məruz qalan ilk müsəlmanlar müdafiəsinə yazdığı poyemadır. Eləcə islam dünyasında döyüş səhnəsində oxunan birinci şer, cənab həmzə seyyidi-şşühədanın adına qeyd olunub. Sonralar isə " həssan-ibni-pabit " kimi şairlər peyğəmbər və onun köməkçilərinin müdafiəsində şerlər yazmışlar. " İbni-hişam" yazır: peyğəmbər bu şerləri yaxşı qimətləndirirdi.

Aşura günü imam hüseyn (ə)-ın əshabi tərəfindən dilə gələn rəcəzləri müqavimət poeziyasının ən gözəl nümunələri kimi adlandırmaq olar. Bu günü "yəzid-ibni-məfrəğ" tərəfindən oxunan şerlər o cümlədəndir. Ancaq aşurada həzrət imam hüseyn (ə)-ın oxuduğu şerlər bu ədəbi janrın ən üstün, qalarğı və məna çalarlarını ehtiva edən nümunələrindəndir:

الموت خیر من رکوب العار
والعار اولی من دخول النار

Ölüm zəlil yaşamadən yaxşıdır
Və zəlillik oda daxil olmadan üstündür


Aşurada həzrət imam hüseyn (ə), aşura günü 34 rəcəz oxuyub özü və yar o ənsarının haqlı olduğunu fəryad etmişdir.

Sonralar " şiəliyin mənliyini" təmsil edən, aşura mərsiyə ədəbiyyatı ərəb dünyası, iran və azərbaycanda zülmə qarşı çıxan Müqavimət şeri və məzlumdan müdafiə etemə naminə dini şer kimi tanındı.

Dərbənədli “Qumri” imam hüseyn (ə)-ın dilindən deyir:

Əz bəski çox susuzdu zira’ati mülki din
Qan barişindən ötrü müsəllayə gəlmişəm

Bu sahədə yazılan ən gözəl və məşhür şerlərdən biri, Ustad “Şəhriyar”ın şeridir:

Hüseynə yerlər ağlar, göylər ağl ar,
Bətuli-Mürtəza Peyğəmbər ağlar.

Hüseynin nohəsin "Dilriş" yazanda,
Müsəlman səhvidir ki, kafir ağlar.

Kor olmuş gözlərin qan tuttu Şimrin,
Ki görsün öz əlində xəncər ağlar.

Hüseynin köynəyi Zəhra əlində,
Çəkər qeyha qiyamət, məhşər ağlar.

Atanda Hərmələ ox Kərbəlada,
Görəydin düşmən ağlar, ləşkər ağlar.

Qucağında görəydin Ümm-ü Leyla,
Alıb naşı Əliyy-i Əkbər ağlar.

Rübab, nisgil döşündə süd görəndə,
Əliyy-i Əsğəri, yad eylər ağlar.

Başında kakül-i Əkbər həvası,
Yer ağlar, sünbül ağlar, ənbər ağlar.

Yazanda Al-i Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.

Əli, şaqq-ül qəmər, mehrap tilit qan,
Qulaq ver, məscid oxşar, minbər ağlar.

Əlidən "Şəhriyar", sən bir işarə,
Qucaqlar qəbri, Malik Əştər ağlar.


İranda Mərsiyə Ədəbiyyatı, müqavimət poeziyasının güclü qollarından olaraq, müxtəlif şairlər vasitəsi ilə günü gündən inkişaf edib və çoxlu şairlər farsca və Azərbaycan türkcəsində yazılan şerlərlə bu janrı nümayəndəlik ediblər.

Fars dilində “Aşura Şeri”nin güclü nümayəndələri olmuşdur:

Məcd-əd Din Əbu-əl-Həsən Kəsai Mərvəzi: 4-cü əsr, Şəms-əl-Şüəra kəmal-əd Din Möhtəşəm Kaşani: 10-cu əsr, Mirza Nurullah Umman Samani: 13-cu əsr, Nəyyir Təbriziyə məşhur olan "Atəşkədeyi Nəyyir" əsərinin sahibi Mirza Muhəmməd Təqi Mamağani: 13-cü əsr.
Təbriz, Ərdəbil və Marağa kimi şəhərlərdə isə, iranın mərsiyə ədəbiyyatının zəngin nümayəndələri olub və Azərbaycan türkcəsində şerlər yazıb yaradıb bu janrın dirçəlişi və həyatının davamına səbəb olublar:
Mulla Hüseyn Dəxil Mərağeyi, Mirza Mehdi Şukuhi Mərağeyi, Abolhəsən Raci Təbrizi, Kərim Ağa Safi Təbrizi, Məşhədi Əli Əsğər Delriş, Hacı Rza Sərraf Təbrizi, Tacül-Şüəra Abbasquli Yəhyəvi, Rəhim Münzəvi Ərdəbili, Seyyed Rza Hüseyni Sə’ədi Zaman və Ustad Mohəmməd Abid Təbrizi bu kimi şairlərin ən adlımları olublar. Eləcə də, bu janr Qafqaz və Anadoluda yaşayıb, Əhl-Beyt şairləri vasitəsi ilə qələmə alınan zəngin şerlərlə zühurə gəlib öz həyatına davam edir:
Mirza Mohəmməd Təqi Qumri Gulzari Dərbəndi, Şeyx Əli Tuti Nardarani, Nəcməd-din Dərbəndi, Qasım Bəy Zakir, Haşım Bəy Saqib, Şovqi Əfəndi, Hüseyn Yalçın, Hacı Mail Əliyev Bakuyi, Hacı Ələmdar Mahir, Hüseyn Atam, Kamil Sərbəndi, Yaşar Cahid və Elşən Xəzər kimi şairlər, qeyd etdiyimiz sıradandırlar.


ARDI VAR…
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz