MilliTV.az
Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində axtarışda olan təhlükəli PKK terrorçusu tutulub.
AZƏRTAC xəbər verir ki, Amasyada saxlanılan "Baver-Çektar" ləqəbli terrorçu polislərə müqavimət göstərərkən üzərindəki qumbaranı partlatmaq istəsə də, buna müvəffəq olmayıb.
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən axtarılan terrorçu İstanbula getmək niyyətində olub. Ələ keçirilməsi üçün DİN tərəfindən xeyli vəsait ayrılan bu şəxs 10 ilə yaxındır ki, Ərzincan və Tunceli bölgələrində terror aktları planlaşdırıb və həyata keçirib. Saxlanılan terrorçunun üzərindən iki saxta şəxsiyyət vəsiqəsi, eləcə də bölgədə gizlətdiyi silah və sursat ələ keçirilib.