Los-Ancelesdə polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərən 22 yaşlı erməni öldürülüb.
Ftv.az xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Çali Bek danışıb.
Polis rəisinin sözlərinə görə, Panorama-Siti sakini Orbel Nazaryan intihar aktlarına meyilli olub. Nazaryan polis bölməsinə zəng edərək silahı və bıçağı olması barədə məlumat verib. Hadisə yerinə yollanan hüquq-mühafizə orqanları əməkdaşları erməninin əlində yarım metrlik kəsici alət olduğunu görüb. Bundan sonra polisin çağırışına məhəl qoymayan Nazaryan müqavimət göstərib və polis işçilərinin həyatı üçün təhlükə yaradıb. Çali Bek həmçinin polis əməkdaşlarının insidenti tamamilə lentə aldığını da bildirib.