Axtarış...

Ramiz Mehdiyevin bacarmadığını bacaran adam: İman Quliyev... - İDDİA

Ramiz Mehdiyevin bacarmadığını bacaran adam: İman Quliyev... - İDDİA
İki gün öncə mediada yayılan məlumatdan bəlli olurdu ki, Bakıda məhşur “Romance palace” restoranında karantin qaydaları pozularaq toy mərasimi keçirilib. Və toyda iştirak edənlərdən mobil telefonlar yığılıb və qonaqlar zala telefonsuz daxil olublar. Hətta məlumata görə, musiqiçilər də restoranla əməkdaşlıq ediblər və ən əsası bu karantin müddətində “Romance palace”da keçirilən ilk toy deyil.
Görəsən, dövlətin qoyduğu karantin qaydalarını pozmağa cəsarət edən, özünü qanunlardan üstün tutan şəxs kimdir ?
“Romance palace” restoranının İman Quliyev adlı iş adamına məxsus olması barədə mediada çox yazılıb. Hətta o da məlumadur ki, İman Quliyev Real TV-nin təsisçisidir. Yəni söhbət Mirşahin Ağayevin direktor olduğu Real TV-dən gedir.
“Qozbel İman” ləqəbli iş adamı İman Quliyevin biznes şəbəkəsi Ukraynadan Avropaya qədər uzanır. O, Kiyevdə inşa etdirdiyi “Sofievskaya Sfera” Yaşayış Kompleksinin sahibidir. Ukraynada taxıl üyüdən dəyirmanları var.
Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray”) və bir restoran da (“Yay” restoranı) var. İsmayıllı rayonundakı "Green House" turizm mərkəzi də İ.Quliyevin şirkətlərindən birinin mülküdür. Sumağallı kəndi yaxınlığında yerləşən bu istirahət və turizm mərkəzi 2 hektar ərazini tutur. 2005-ci ildə istifadəyə verilən kompleksdə 3 ədəd üçmərtəbəli kottec tipli ev, 6 ədəd birmərtəbəli taxta kottec, eləcə də 180 yerlik restoran, açıq hovuz, idman və əyləncə qurğuları var.
“Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində 1050 mənzildən ibarət “Yeni ZığYaşayış Kompleksi” inşa etməkdədir. Layihəyə görə, yaşayış kompleksi 15 ədəd 10 mərtəbəli binadan ibarət olacaq. Kompleksin dörd binası artıq istifadəyə verilib.
2018-ci ildə İ.Quliyevin həm də “Politon” MMC-nin direktoru olduğu aşkarlanıb. 2009-cu ildə yaradılan bu şirkət vasitəsilə o, ölkənin ən iri metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin (BSC) 50%-nə nəzarət edir. İldə 1 milyon ton qara metal ətirmək gücü olan BSC isə öz növbəsində aşağıdakı şirkətlərə sahibdir:
“Bakelektroqaynaq” ASC, səhmlərin 99%-i;
“Bakı Oksigen Kompani” ASC, səhmlərin 100%-i;
“Azərboru” ASC, səhmlərin 97%-i,
“Azərtəkrarqarametal” ASC, səhmlərin 96%-i,
“Baku Steel Construction” ASC, səhmlərin 80%-i. Bundan başqa, BSC Bakının “Xəzər-Boru” MMC-ni və “Bakelektroştamp” ASC-ni də nəzarətdə saxlayır.
İman Quliyevin 31 yaşlı oğlu Araz Quliyev də Ukraynada daşınmaz əmlak biznesi ilə məşğul olur.
Deməli, İman Quliyevin “kapital”ı o qədər aşıb-daşıb ki, o dövlətimizin qanunlarını da pozmağa cəsarət edir.
Araşdırmamız davam edir. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz