Axtarış...

DTX-nin taradığı DSX-da müəmmalı mənzərə... - İTTİHAM

DTX-nin taradığı DSX-da müəmmalı mənzərə... - İTTİHAM


Bir neçə gün bundan öncə Gundemxeber.Az saytında Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevin həyata keçirdiyi idarəçiliklə, adı çəkilən bu qurumda yaşanan çoxsaylı qanunsuzluqlarla və s. ilə bağlı, sanki hər kəsi şoka sala biləcək silsilə açıqlamalar dərc etmişdik.​

Bugünlərdə isə redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, DSX-i rəisinin qol qoyduğu qanunsuzluqların həddi-hüdudu bilinmir və ​ hal-hazırda bu şəxs özünü olduqca ambisiyalı vəzifə sahibi hesab edir. Məsələn, dolaşan söz-söhbətlərdə vurğulanır ki, Elçin Quliyev hal-hazırda daşıdığı DSX-i vəzifəsini özü üçün olduqca kiçik vəzifə hesab edir və bu gün o, ölkəmizin güc nazirliklərindən birinə rəhbərlik etməyi qarşısına əsas məqsəd qoyub. Buna görə də onun ölkə rəhbərinin etimadını qazanmaq üçün “dəridən-qabıqdan çıxdığı” söylənilir. Amma, bu şəxs DSX-də çalışan peşəkar şəxslərə qarşı savaş apardığını, sanki bir anlığa olsa belə unudur. Misal üçün vurğulayaq ki, Elçin Quliyev bu sahədə çalışan və ən azından 20-25 il xidməti olan hərbçilərə verilən mənzil bölgüsündə olmazın haqsızlıqlara imza atır. Diqqət yetirmək gərəkdir ki, 6 ay, 3 il, 5 il və yaxud da heç bir halda DSX-də hərbi xidmətdə olmayan elə şəxslər var ki, o, həmin şəxslərə mənzil verdirib. Amma, bu şəxsin “özününkü” hesab etmədiyi, hətta 20-25 il hərbi xidmətdə olan peşəkar hərbçilərin mənzil təminatında olmazın əngəllər yaratdığı vurğulanır ki, bu da daha çox müzakirə olunan mövzulardan biri olur. Məsələn, Bakı şəhərinin Nərimanov rayonu ərazisində inşa olunan bina DSX-nin əməkdaşları üçün inşa olunsa da, o,​ həmin mənzilləri digər dövlət və qeyri dövlət qurumlarında çalışan, o cümlədən DMX-də, Heydər Əliyev Fondunda, hətta DTX-də çalışan şəxslərə verdirib. Belə bir səbəb üzündən də, uzun illər ərzində DSX sahəsində vicdanla hərbi xidmətdə olan hərbçilər mənzil gözləməkdən beziblər və bu gün bənzəri olmayan formada ümidsizliyə də düçar olublar.

​ ​ Elçin Quliyev dövlət məmuru olub yüksək vəzifə sahibi olsa da, ona məxsus obyektlərin, şirkətlərin və digər əmlaklarının sayını sadalamaqla qurtarmaq olmaz. Bu şəxsə məxsus olduğu iddia olunan “Qaraçay” tikinti şirkətinin şıdırğı faliyyət göstərməsi də, bu gün hər kəsə bəlli olan həqiqətlərdir. Bir anlığa diqqət yetirək ki, adı çəkilən bu şirkətin Həzi Aslanovda inşa etdiyi binalardakı mənzillər Elçin Quliyevə yaxın olan zabitlərə, mülki şəxs olan yaxın qohumlarına ipoteka yolu ilə verilib. O halın varlığını da unutmaq olmaz ki, DSX-nin rəisinə məxsus olduğu iddia olunan “Qaraçay” tikinti şirkətinin keyfiyyətsiz materiallarla inşa etdiyi mənzillər qısa zaman kəsiyində yararsız hala düşüb və belə bir halın varlığı da, məhz ciddi faktorun varlığından xəbər verir. Ümumi təsəvvür belədir ki, əgər həmin ərazilərdə 5 ballıq cədvəl üzrə zəlzələ baş verərsə, o halda həmin binalar yerlə-yeksan olacaq. Fakt budur ki, hal-hazırda həmin binaların bəzilərində çatlar, söküntülər və digər çatışmazlıqlar özünü göstərməkdə davam edir.

​ ​ ​ ​ Müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, bu şəxsin “uzki kruq”una daxil olan general-mayor Cavid Abdullayevlə,​general-mayor Azər İbrahimov Elçin Quliyevin biznes ortaqlarıdırlar. Belə ki, “Embavod” mebel şəbəkəsinin və Lənkərandakı “Embavod” mebel fabrikinin adı çəkilən bu biznesmen generallara məxsus olduğu iddia olunur. DSX-nə məxsus binaların mənzillərindəki mebellərin tam əksəriyyətinin “Embavod” mebel fabrikinə məxsus məhsullar olduğu da vurğulanır. “Elit” restoranının “Atçılıq Federasiyası”nın balansında olsa da, əslində bu restoranın Elçin Quliyevə məxsus olduğu bildirilir. Yəni, Elçin Quliyev çox zaman yemək-içmək məclislərini, keçirdikləri yığıncaqları, bəzən ey-işrət məclislərini də, məhz bu restoranda qeyd etdiyi iddia olunur. Bu şəxsin yaxın qohumu olan general İlham Mehdiyevin şəhərimizin Bakıxanov qəsəbəsində inşa etdirdiyi villanın dəyəri milyonlarla dəyərləndirilir. Bu kimi halların varlığının nəticəsidir ki, istər əksər media qurumlarında, istərsə də daha geniş ictimaiyyət arasında general Elçin Quliyevin adı daha çox hallanır və hər kəs bu şəxsi atdığı addımlarına görə ittiham etməkdən də çəkinmir.

​ ​ ​ Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamız davam edəcək,odur ki, bizi izləməyi unutayın. Davamı var.

Birinci yazını bu linkdə izləyə bilərsiniz.

http://gundemxeber.az/gundemxeber/57899-dsx-rehberinden-budce-talanchiligi-ve-dovlet-ichinde-dovlet-quruculugu-qohumbazlq-yerlbazlq-tugyan-edr.html

​ ​ ​Gundemxeber.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz