Axtarış...

İman Quliyev ölkədən 300 milyonu necə çıxarıb? - İLGİNC

İman Quliyev ölkədən 300 milyonu necə çıxarıb? - İLGİNC
Azərbaycanlı iş adamının Ukraynadakı nəhəng tikinti biznesi

“AzPolitika.info”ya məlumatlı və etibarlı mənbədən daxil olan məlumata görə, əslən Naxçıvandan olan tanınmış biznesmen İman Quliyev xaricdəki obyektlərinə indiyə qədər 300 milyon dollardan çox investisiya yatırıb.

İ.Quliyev Azərbaycanda Hüquqi Şəxslərin Reyestrinə əsasən, “Politon” MMC, həmçinin “Nyu Sfera Turism” və “Nyu Sfera Nəqliyyat” şirkətlərinə rəhbərlik edir. “Nyu Sfera şirkətlər qrupu” MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art”, “Nyu Sfera Ticarət” də daxildir. Qrupa “Xalqlar Dostluğu” ticarət mərkəzi, İsmayıllı rayonunda “Green House” turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. Beş-altı il bundan əvvəl keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən müəyyən təyziqlərə məruz qalan İman Quliyev biznesinə olan təhdidləri önləmək üçün hakimiyyətdə olan bəzi nazir qohumlarının və məşhur generalın vasitəsilə kapitalının bir hissəsini Ukraynaya transfer etməyi bacarıb. Qısa müddətdə Kiyev şəhərində geniş tikinti meydançası yaratmağa nail olub.

Ukraynadakı etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Kiyev şəhərində “ЖК Софиевская сфера” şirkətini yaradan iş adamı, Bakıda bu sahədə əldə etdiyi təcrübədən yararlanaraq, qısa zamanda Kiyev şəhərinin Sofiyevsi Borşoqovka massivində böyük bir yaşayış kompleksi inşa etdirib. 75 bloklu, 740 min kvadratmetr sahəsi olan yaşayış kompleksində əlavə olaraq 600 nəfərlik orta məktəb, 180 nəfərlik uşaq bağçası, 4 min kvadratmetrlik xəstəxana, 60 min kvadratmetrlik ticarət və əyləncə mərkəzi də inşa olunub. Mənbənin dediyinə görə 14 min ailənin məskunlaşdığı şəhərciyin inşasına ilkin jurnalist araşdırmasına görə 200-220 milyon ABŞ dollarından çox sərmayə yatırılıb.

Öz etibarlı qohumlarına güvənən İman Quliyev ənənəvi metodlarından istifadə edərək Ukraynanın hakim elitası və hökumət strukturları ilə möhkəm ilişgilər qurmağa da müvəffəq olub. Məşhur generalın hakim elitada təmsil olunan dostlarının vasitəsi ilə bütün Ukrayna boyu öz biznesini genişləndirib. Hazırda onun Ukraynadakı biznesinin böyük bir hissəsinə Oksford Universitetinin məzunu olan oğlu Araz Quliyev nəzarət edir. Oğlunun Londonda təhsil alarkən Ukraynanın tanınmış oliqarxlardan birinin övladı ilə tələbə yoldaşı olması da bu biznesin çiçəklənməsində az rol oynamayıb. Araz Quliyevin bacarıqlı iş adamına çevrilməsində onun şəxsi talantı ilə yanaşı ukraynalı oliqarx oğlunun yaxından dəstəyi özləri tərəfindən də inkar olunmur.

İnformasiyanı ötürən mənbə onu da qeyd edir ki, bu gün Ukraynada müxtəlif yol və infrastruktur layihələrinin icrasında iştirak etmək istəyən Azərbaycan şirkətləri və iş adamları hökmən İman Quliyevin “qılıncının” altından keçməlidir. Ukraynada güclü əlaqələrinə görə indi o tikinti sferasının maqnatı kimi açar sima rolunu oynamağa iddialıdır. Bu gün ölkəmizlə yanaşı, Kiyev şəhərində tikinti biznesini genişləndirən İ.Quliyevin Ukraynanın bir sıra vilayət və şəhərlərində də çoxsaylı obyektləri mövcuddur və bu siyahı genişlənmək üzrədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz