Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.
Oxu.Az-ın məlumatına görə, karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.
Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.
Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır.