Ramiz Mehdiyevin nəvəsinin toyunda sabiq Baş prokuror Zakir Qaralovun da iştirakı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, Zakir Qaralovun Ramiz Mehdiyevlə hər hansı qohumluq əlaqələrinin olması barədə xəbərlər də böhtandır.
"Hətta ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunmadığı zamanda Zakir Qaralovun 15 mart tarixinə təyin olunmuş övladının toy məclisi təxirə salınıb", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Zakir Qaralovun AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Zakir Qaralovun əslən Naxçıvandan olan həyat yoldaşı AMEA prezidenti ilə yaxın qohum olduğu üçün o da toyda iştirak edib.