Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək.
Bu barədə Musavat.com-a YAP rəhbərliyinə yaxın qaynaqlar məlumat veriblər.
Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır.
İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır.
Onların yerinə gənc kadrlar seçiləcək.
Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.