Axtarış...

Azərbaycan derbisində həyəcanlı anlar: Bir penalti, üç qol, dörd qırmızı, səkkiz sarı vərəqə

Azərbaycan derbisində həyəcanlı anlar: Bir penalti, üç qol, dörd qırmızı, səkkiz sarı vərəqə

Azərbaycan Premyer Liqasının XV turunda iki oyun keçirilib.

Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Bu oyuna qədər lider olan “Qarabağ” əzəli rəqibi və izləyicisi “Neftçi”ni qəbul edib.

Ölkənin iki ən titullu klubunun üz-üzə gəldiyi Azərbaycan derbisi olduqca maraqlı və həyəcanlı alınıb.

Görüşdə ümumilikdə dörd qırmızı vərəqə göstərilib ki, bunların üçündə “Neftçi”nin oyunçuları meydandan qovulub.

İlk yarının ortalarında azlıqda qalan “Neftçi” Namiq Ələsgərovun qolu ilə hesabı açıb. Fasilədən sonra Mahir Emreli hesabda tarazlıq yaradıb.

Oyunun baş hakimi Elçin Məsiyev Kevin Medina və Mamadu Kaneni meydandan qovduğu epizodda qonaqların lehinə penalti qərarı verib. Dublunu rəsmiləşdirən Namiq komandasına vacib üç xal və liderlik qazandırıb.

Görüşün sonlarında Voislav Stankoviç də qırmızı vərəqə alaraq “Neftçi”nin 11 nəfərlə başladığı matçı 8 nəfərlə bitirməsinə səbəb olub.

Qeyd edək ki, hakim matçboyu hər iki komandadan ümumilikdə səkkiz oyunçuya sarı vərəqə göstərib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz