Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sabah"ın qonağı olacaq "Neftçi" 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Qol.az xəbər verir ki, "ağ-qaralar"ın italiyalı hücumçusu Canluka Sansone və qapıçı Aqil Məmmədov qarşıdakı matçı buraxacaqlar. Hər iki futbolçu ötən turun "Səbail"lə görüşündə (2:2) sarı vərəqə alaraq, cəzalı duruma düşüblər.
Qeyd edək ki, aprelin 19-da keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.