MilliTV.az
Ermənistan müxalifəti Yerevanın mərkəzində Baş nazirin istefası tələbilə mitinq keçirir. Nümayiş iştirakçıları Nikol Paşinyanın milli maraqlara "xəyanət" etməkdə təqsirləndirirlər.
Respublika meydanındakı nümayiş iştirakçıları "Get xain! Nikolsuz Ermənistan!" şüarlarını səsləndirirlər.
İnformasiya agentliklərinə əsasən, aksiyalar artıq yalnız Yerevanla məhdudlaşmır. Ayrı-ayrı etirazlar ölkənin digər bölgələrində də baş verir. Baş nazirin istefasına çağıran bir qrup etirazçı paytaxtı ölkənin şimal bölgələriylə bağlayan Yerevan-Vanadzor yolunu kəsib, agentliklər xəbər verir.
Dağlıq Qarabağ münaqişəsi: 8 suala cavabda
“Çoxları müharibənin əyləncə olduğunu düşünürdü" - Jirayr Libaridyan, Ermənistanın məğlubiyyəti və Qarabağın gələcəyi barədə
Etiraz aksiyasına 20-yə yaxın şirkət, Yerevan Dövlət Universitetinin bir neçə fakültəsi və Tibb Universiteti, Vəkillər Palatası da qoşulduqlarını elan ediblər