Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribata Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın ordudan təxris olunmasından 3 gün sonra başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Rosbalt" agentliyi məlumat yayıb.
Məlumata görə, Baş nazirin tənqidçiləri bunu təsadüf saymır və Paşinyanın hərbi-siyasi qərarlar qəbul edərkən tez-tez şəxsi maraqlarını prioritet hesab etdiyini bildiriblər.
Belə ki, Paşinyanın oğlu hərbi xidmət keçərkən vəziyyət stabil olub, Aşot Paşinyan təxris olduqdan sonra cəbhədə ağır qarşıdurmalar qeydə alınıb.