MilliTV.az İslam dünyasına qarşı başladılan amansız mübarizə heç bir nəticə verməyəcək.
"Alim öldü, aləm öldü " Həzrəti Məhəmməd Peyğəmbər (s)
Bu il noyabrın 27-də İslam dünyasının fəxri, İranın atom və nüvə sahəsində böyük uğurlara imza atmış aliminin terrorçular tərəfindən qətlə yetirilməsi misli görülməyən cinayət faktı, alçaq bir terror əməli idi.
İranın tanınmış nüvə alimlərindən olan Möhsün Fəxrizadənin namərdcəsinə qətli düşmənlərin alimlərlə bağlı həyata keçirdiyi ilk cinayət olmasa da, general Süleymanidən sonra ölkə üçün bu ölüm ikinci ən ağır itki idi. Çünki iranın ən güclü komandanı genaral Qasım Süleymani Yaxın Şərqdə müsəlmanların kütləvi soyqrımlarının qarşısını alan, ölkədə sülhü qoruyan və o cümlədən Azrıbaycan xalqının da sevimlisinə çevrilmiş həqiqi bir fədai idi. Onun ABŞ tərəfindən amansızlıqla qətlə yetirilməsi bütün Şərq dünyasını yaşa boğmuşdu.
Elm dünyasında adı kifayət qədər məşhur olan Fəxrizadə bəs kim idi?
İkinci Dünya Müharibəsi dövründə ilk atom bombasını hazırlayan “Manhattan” layihəsinin rəhbəri J. Robert Oppenhaymerə bənzədilən Möhsün Fəxrizadə Mahabadi 1957-ci ildə Qumda dünyaya gəlib. Atası Həsən adlı şəxs olub. Hərb sahəsində də az uğur əldə etməyən Fəxrizadənin döyüşçü olmasından daha çox nüvə sahəsindəki uğurlarının terror hücumuna məruz qalması şübhə doğurmur.
O, ali təhsilini fizika sahəsində tamamlamış, nüvə fizikası üzrə magistr, doktorantura və daha yuxarı pilləyə çatmışdır. Daha sonra Nüvə fizikası mühəndisliyi üzrə professor dərəcəsi almış, Tehranın İmam Hüseyn Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
Sonradan Malik Əştər Texnologiya Universitetinin rəhbəri vəzifəsinə təyin olunaraq İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri kimi çalışmışdır. Təşkilatın koronavirus diaqnostika dəsti və peyvəndlə bağlı böyük uğurlar əldə etdiyi deyilirdi.
Nüvə ixtiralarına görə, daim İsrail və ABŞ kəşfiyyatının hədəfində idi. İsrail tərəfindən ballistik raketlər üçün nüvə başlığı hazırlamaqda ittiham olunmuşdu. Halbuki, İran tərəfi dəfələlərlə elan edib ki, İslami dəyərlər baxımından nüvə texnologiyasının təkmilləşdirilməsi hərbi məqsədlər üçün nəzərdə tutulmayıb. Sülh, qardaşlıq, dostluq dini olan İslama daim sadiq bir ölkə kütləvi qırğın silahı əldə etmək niyyətində ola bilməz.
Hətta 2018-ci ildə İsrailin baş naziri Netanyahu məşhur "əlində nüvə fotolu" açıqlamasında Fəxrizadənin adını dilə gətirmişdi.
Buna baxmayaraq İran bu ittiham və sənədlərin saxta olmasını dəfələrlə MAQATE-də əks dəlillərlə sübuta yetirmisdi. Qeyd edək ki, düşmən dairələr Fəxrizadədən əvvəl digər nüvə alimlərini də hədəf secmişdilər. Belə ki, İsrailin baş naziri olmuş Ariel Şaron, Mossadı "dişində bıçaq" vəziyyətinə gətirmək və İranın nüvə fəaliyyətinin qarşısını alması üçün Meir Daqanı Mossad rəhbərliyinə gətirmişdi.
Bar-İl universtetinin professoru, politoloq İlan Qreilsammer Daqanı qeyri -adı şəxs adlandıraraq İsrailin təhlükəsizliyini qarantı kimi qələmə vermisdi. Cəsus xidmətinin 9 il rəhbəri olan Daqanın səs-küylü əməliyyatları məhz onun vaxtında həyata keçirilib. Beş iranlı nüvə aliminin öldürülməsi, "Hizbullah"ın hərbi qolunun rəhbəri İmad Muğniyə qarşı Dəməşqdə terror aktı və digər əməllər onun cinayətləri sırasına aiddir.
Foreign Policy nəşri tərəfindən dünyanın ən güclü 500 adamı siyahısına daxil edilən Fəxrizadə də məhz bu düşmənlərin səyi nəticəsində 27 noyabr 2020-ci ildə Tehran yaxınlığında Absərd şəhərində terrora məruz qaldı. Hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən Absard istiqamətində gedərkən yolda baş verib.
Fəxrizadəni cangüdənlərin olduğu 3 maşın müşayiət edib. Öndə gedən avtomobil atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problemin olduğunu zənn edərək zirehli maşından çıxıb. Bu zaman təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları hadisə yerində olmayıb. İranlı alim hadisə zamanı 4 güllə yarası alıb.
Fəxrizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölkənin öndə gedən alimlərindən olan, Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının sədrinin namərdcə öldürülməsi, düşmənlərin xain hədəflərinə və hiylələrinə çatmaq üçün, alimlərə qarşı sui-qəsd həyata keçirərək onları şəhid etməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməlidir. Sanksiya və təzyiqlər siyasətində uğursuz olan İranın düşmənlərinin terror kimi rəzil hərəkətə əl atması bizim ölkəmizdə də dərin hiddət və qəzəb doğurub.
Fəxrizadə İranın nüvə alimlərinə qarşı 2010-cu ildən bəri həyata keçirilən hücumların beşinci qurbanıdır. Nüvə enerjisi sahəsində çalışan iranlı alimlərə qarşı yönələn sui- qəsdlər Tehran Üniversitetində fizika professoru olaraq fəaliyyət göstərən Məsud Əlimuhəmmədinin 2010-cu ildə öldürülməsi ilə başladı. Kuantum fiziki Əlimuhammədi yanvarın 12-də evinin önündə motosikletə yerləşdirilmiş bombanın partlaması səbəbiylə həyatını itirdi. Hücum zamanı alimin həyat yoldaşı da yaralandı.
Bu cinayətin üstündən bir il keçməmiş, dekabrın 29-da cinayətkarlar bu dəfə Şəhid Bəheşti Üniversitetində nüvə araşdırmaları üzərində çalışan iki professoru hədəfə aldılar. İran Atom Enerjisi Qurumu nəzdində kuantum fiziki sahədə çalışan dəyərli alim professor Məcid Şəhriyari avtomobilinə yerləşdirilən uzaqdan idarə etməli bombanın partladılması ilə Şəhadətə qovuşdu. Eyni gündə nüvə fiziki Firidun Abbasi də bomba partlamasıyla ağır yaralandı. Daha bir terror aktı nüvə fiziki Daryuş Rızainejada qarşı təşkil edildi.
2010-cu ilin iyunun 23 də həyat yoldaşı ilə birlikdə uşağını bağçadan göturən alimi motoskletdə gələn qatillər güllələyib öldürdülər. Rızainejadın xanımı və uşağı da bu alçaqcasına hücumda yaralandı. Natanzdakı uranyum zənginləşdirmə mərkəzində nüvə fiziki kimi fəaliyyət göstərən Mustafa Əhmədi Ruşen də 2012-ci il yanvarın 12-də maşınına yerləşdirilən bombalı hücumda həyatını itirdi.
Qeyd edək ki, müsəlman nüvə alimlərinə qarşı terror aktları təkcə İranda baş verməyib. Türkiyənin nüvə texnologiyası üzrə altı ən yaxşı mütəxəssisi də müəmmalı təyyarə qəzasında həlak olub. 2007-ci ildə İspartada baş verən təyyarə qəzası və türk enerji mütəxəssizlərinin ölümü indiyədək naməlum qalır və türk cəmiyyəti bu olaya şübhə ilə yanaşır.2007-ci ilin oktyabrın 30-da İstanbuldan İspartaya uçan təyyarə saat 01:36-da qəzaya uğrayıb.
“Atlaset”in İstanbul-İsparta xətti ilə uçuş edən və World Focusdan icaryə götürülən təyyarə Süleyman Dəmirəl hava limanına enərkən yerə düşüb, qəza nəticəsində 7 ekipaj üzvü daxil olmaqla, ümumilikdə 57 sərnişin həlak olub.Qəzanın üzərindən 13 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı şübhələr indiyədək davam edir.
Bu şübhələrin mərkəzində isə Türkiyənin eneji nəhəngi olmasını təmin edəcək Torium Nüvə Enerjisi layihəsi memarlarının - Boğazçı Universitetinin professoru Engin Arık, araşdırmaçı mütəxəssiz Özgen Berkol Doğan, Engin Abat, Doğuş Universitetinin professoru Şenel Fatma Boydağ, elmlər doktoru İsgəndər Hikmət və araşdırmaçı mütəxəssiz Mustafa Fidanın qəza zamanı şəhid olmasıdır.
Təyyarənin şübhəli şəkildə qəzaya uğraması ilə bağlı başqa bir iddia isə FETÖ ilə bağlıdır. FETÖ-nün İsparta təşkilatı ilə bağlı məhkəmə iddianaməsində bu təşkilatın üzvü olan Muammər Görgeçin mobil telefonundakı səs qeydlərindən bəhs olunur. Təxminən 5 dəqiqəlik səs yazısında Görgeç şəxsiyyəti müəyyən edilməyən iki nəfərlə bu qəza haqqında danışır. Şübhəli telefon danışığında Görgeçə “Təyyarəni israilllər partladıb, ölən alimlər torium üzərində işləyirdilər. Bu araşdırmada iştirak edən bir alim təyyarədə olmayıb. O, alimi tapıb toriumla bağlı məlumatları təsbit edək” dediyi iddia edilir.
Sui-qəsd iddiasının ən önəmli arqumentləri sırasında göstərilən məqamlardan biri də qəza zamanı vəfat edən və torium elementindən nüvə enerjisi almağı təklif edən alim Engin Arıkın fəaliyyətidir. Professor Engin Arıkın Türkiyədə torium yataqlarını bildiyi üçün deyil, toriumdan nüvə enerjisi əldə etməyin yollarını bildiyi üçün öldürüldüyünü iddia edən professor Mətin Arık şübhələri ilə bağlı arqumentlərini açıqlayıb:“Engin toriumdan nüvə enerjisi istehsal etməyin mümkünlüyünü beynində müəyyən etmişdi.
ABŞ və İsrail Türkiyənin nüvə gücü olmasını istəmədi. Alimlər toriumun yüksək enerji sürətləndirilməsi vasitəsilə urana çevrilməsi üzərində çalışırdı. Edilən təcrübələrdə sistemin prinsiplərini anlamışdı. Türk Sürətləndirici Mərkəz Layihəsi 2006-cı ildə bu səbəbdən həyata keçmişdi. Toriumun yandırılması üçün proton tələb olunurdu. Engin proton sürətləndirilməsinin həyata keçirilməsinin yollarına dair bilgilərə sahib idi. Projenin dayandırılmasını istəyən bir əl hərəkətə keçdi."
Bəli, Qərb dairələri müsəlman ölkələrin güclənməsini, inkişaf edərək nüvə enerjisi nəhənglərinə çevrilməsini həzm edə bilmədiklərinlərindən alçaq və namərd bir mübarizə yolu seçərək alimləri məhv etməyi hədəfləyirlər. Lakin onların bu cinayətkar əməlləri cəzasız qalmayacaq və heç bir nəticə verməyəcək. İran xalqı əsrlər boyu olduğu kimi Allahın köməyi ilə bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq. Azərbaycan cəmiyyəti həmişə yaxın qonsu, dost, dindar və qardaş İran xalqının yanında olacaq.
İslam İnqilabı lideri Ayətullah Xamenei ağa düşmənlərin bu namərd addımını pisləyərək deyib ki, ölkənin qabaqcıl və görkəmli nüvə və müdafiə alimi cənab Möhsün Fəxrizadə cinayətkar və amansız muzdlular tərəfindən şəhid edildi. Bu bənzərsiz elmi şəxsiyyət böyük və davamlı elmi səylərinə görə, əziz və qiymətli canını Allah yolunda fəda etdi. Bu səbəblə ali şəhidlik məqamı onun ilahi mükafatıdır. Ali dini lider Şəhid alimin ailəsinə, ölkənin elmi ictimaiyyətinə, müxtəlif sahələrdəki həmkarlarına və tələbələrinə başsağlığı verərək Allahdan onun məqamını uca etməsini diləyib. Biz də dəyərli İslam aliminə rəhmət diləyir, qardaş İran xalqına səbr və dözüm arzu edirik.
Nazilə Atakişiyeva