Axtarış...

İranın ABŞ hərbi bazasına raket zərbələrindən sonra neftin qiyməti dəyişdi



İranın ABŞ bazalarına hücumundan sonra WTI (West Texas Intermediate) markalı neftin qiyməti artıb.

TASS-ın verdiyi xəbərə görə, WTI markalı neftin qiymətində İranın ABŞ-ın İraqdakı hərbi bazalarına hücumlarından sonra dörd faizə qədər artım nəzərə çarpıb.

Fevral ayına olan fyuçerslərinin qiyməti 3,89% artıb.

Nəticədə bir barel neftin qiyməti 65.14 dollara (təxmiən 111 AZN) çatıb.

Qeyd edək ki, iranlı genaral Qasım Süleymaninin öldürülməsindən sonra da dünya neft bazarında qiymətlər artmışdı.
Text-to-Speech

DİNLƏ






Şərh yaz