Axtarış...

Komandirin yuxusuna girən şəhid və MÖCÜZƏ: "Gəl götür məni!"


MilliTV.az

Abıyev Vasif Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb

Sonxeber.az-ın məlumatına görə, Lənkəran rayonunda anadan olan Vasif Vətən Müharibəsində şücaətlə iştirak edib.

O, Füzuli döyüşləri zamanı əsgər yoldaşı ilə bərabər yaralanıb. Ayağından vurulsa da, döyüş mövqeyini tərk etməyən əsgər növbəti dəfə başından snayper yarası alaraq şəhidlik məqamına ucalıb.

Yaxınlarının sözlərinə görə, 3 oktyabr tarixindən bu yana ondan xəbər ala bilməyiblər. Bir gecə komandiri Vasifi yuxuda görür və şəhid ona yerini göstərərək deyir: "Sən orada yatmısan, mən isə üşüyürəm! Gəl götür məni!" Yuxudan təsirlənən komandir dərhal həmin yerə gedir və Vasifin mübarək nəşini orada tapır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz