Axtarış...

Yanacaq tankerinə silahlı hücum: bir əsgər öldü, bir zabit yaralandı

Yanacaq tankerinə silahlı hücum: bir əsgər öldü, bir zabit yaralandı

İranın qərbində yerləşən Lorestan vilayətinin Xürrəmabad rayonunda yanacaq tankerinə hücum olunub.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Lorestan vilayəti Xürrəmabad rayonunun qubernatoru Əsəd Abdullahi deyib.

Ə.Abdullahinin sözlərinə görə, naməlum silahlılar Çağərvənd magistralında yanacaq doldurma məntəqəsində tankerə atəş açıblar.

Silahlıların atəş açması nəticəsində 1 əsgər ölüb, 1 polis zabiti yaralanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, tankerin partlaması nəticəsində ətrafdakı binaların pəncərələri qırılıb. Silahlılar bir avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz