Axtarış...

Gənclər Cəsur Qəhrəmanımızın Məzarını Ziyarət Etdilər


Millitv.az xəbər verir ki, Gənclər doğum günü münasibət ilə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov məzarını ziyarət ediblər. Mübariz İbrahimov 1988 - ci il fevralın ayının 7- si Biləsuvar royon Əliabad kəndində dünyaya göz açmışdır. Orta məktəbi doğulduğu kəntdə başa vurduqdan sonra 2005 - ci ildə o, həqiqi hərbi xidmətə çağrılır. İbrahimov əsgəri xidmətini N - saylı xüsusi təyinatlı bölümündə keçirir və 2007 - ci ildə xidmətini başa vururduqdan sonra, torpaqlarımızın bir hissəsinin mənfur düşmınlərin tapdağı altında qalması Mübarizə rahatlıq vermirdi. Bu səbəbdən o, 2009 cu il avqust ayında hərbi hissəyə geri qayıdaraq gizir rütbəsində çalışmağa başlayır. O, öz arzusuyla bir müddət cəbhə bölgəsində hərbi hissźələrdən birində xidmətini davam etdirir.Lakin tökülən qana törədilmiş vəhşiliyə dözə bilməyən Mübariz 2010 - cu ilin iyun ayında ata - anasına bir məktub yazıb evdən çıxır.. Son dəfə "öldü var döndü yoxdu" qərarıyla düşmən üzərinə gedir. O, silahlanaraq gecə saat 23:30 radələrində iki ordu arasında minalanmış sahəni keçərək Ermənistanın çox sayda silahlı əsgər və zabitinin üzərinə yürüyür. Qeyri-bərabər döyüşdə düşmənlə tək - tənha 5 - saat qədər döyüşən Mübariz düşmən tərəfə ağır zərbələr vurur.Yüz nəfərdən çox erməni əsgər və zabitlərini məhv edir. Özü isə qəhrəmancasına həlak olur.

O, qanıyla tarixin şəhidlik salnamısində bir dastan yazır.

Mübarizdən nə zaman söz düşərsə kim olur olsun,istər uşaq ,istərsə də böyük fərəh hissindən qəlbi coşar , göz yaşları sel olub axar. Qürur hissiylə yalnız bunu deyə bilərik. Elimizin Mübariz kimi şəhid oğulları var. Dillərə dastan və hər zaman bizimlə varsan.

Vətən sizi kimi şəhidlərlə qürur duyur.

Qarabağın harayı



Meydan boş qalıbdlr çağırır bizi
Hanı Koroğlusu ,hanı Nəbisi
Hanı qolu polad Ərəbzəngisi,
Hayqırıb inlətsin düşmınimizi.

Bu meydan, bu da sən gəl göstər hünər
Təpərin vardırsa vardırsa düşmənin yenər
Səndəki şücaət,səndəki qeyrət
Deşmən bayrağını yerə endirər!

Haydı igidlərim oturduq yetər!
Qaradan başqa rəng vardırmı betər,
Tərtər ,Kəlbəcərim,Laçınım, Şuşam,
Quduzlar əlindən qurtulmaq istər.

Yurdum yuvasında talan olubdur,
Torpağım yad əldə qürbət olubdur,
Köksündə top-tüfəng zillət olubdur,
Yetiş harayına,yeriş dadına,
Vermə ata yurdun düşmən badına.

Etdi vəsiyyətin Xocalım mənə
Qaytar oğulumu,qızımı mənə
Halal eyləmərəm südümü bil ki,
Zəfər bayrağını sancmasan mənə!


Hazırladı : Xumar Məmmədcəfər qızı
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz