Azərbaycan Dillər Universiteti şəhidin üç övladını himayəyə götürüb.
Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli məlumat yayıb.
Bildirilib ki, Vətən Müharibəsində şəhid olmuş gizir Babayev Elməddin Cəfərqulu oğlunun övladları himayəyə götürülüb.