Şəhid Sahib Rüstəmovun həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir. Lakin onu Onkologiya Mərkəzi qəbul etməkdən imtina edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Xəyal Rəşid Bağırov məlumat yayıb.
O bildirib ki, səhərdən onu xəstəxanaya yerləşdirmək üçün Təcili Tibbi Yardıma müraciət ediblər, lakin onlar gəlməkdən imtina edirlər. “Xeyli mübahisədən sonra Rrespublika Xəstəxanasına gətirmişik. Milli Onkoloji Xəstəxana qeydiyyatında olan xəstəni qəbul etməkdən imtina edir”.
O qeyd edib ki, şəhidin həyat yoldaşının vəziyyəti kritikdir və o, hər an ölə bilər. “Aidiyyatı qurumlar ölçü götürməlidirlər. Xəstə hər an keçinə bilər. Onu Onkoloji Mərkəzə yerləşdirmək lazımdır”.