Axtarış...

ABŞ-ın Bakıdakı Səfirliyindən terror təhlükəsi ilə bağlı - XƏBƏRDARLIQ ETDİ



ABŞ-ın Azərbaycandakı Səfirliyi, “Abşeron Marriott” kimi otellər də daxil olmaqla, Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə etdiyini bildirir.

Millitv - Səfirliyin rəsmi saytına istinadla xəbər verir ki, ABŞ səfirliyi vətəndaşların, amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə edir.

Xəbərdarlıqda aşağıdakı tədbirlər görülməsi qeyd olunur:

İnsanlardan

- Ehtiyatlı və sayıq olmalarını.

- Kütlənin çox olduğu yerlərdən kənar durmalarını.

- Sosial profillərin büruzə verməməsini.

- Ətrafınızdan xəbərdar olmanızı.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olmağnızı.

- Yerli mediayanı diqqətdə saxlamağı tövsiyyə edir.

Məlumatda qeyd olunur ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti daima nəzərdən keçirməyi davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edibdir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz