Axtarış...

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

“Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır. Amma yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib”. Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib: “Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri görülməyib. Bununla yanaşı M.Rüstəmov küçəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik”
Text-to-Speech

DİNLƏ






Şərh yaz