Axtarış...

Ən BÖYÜK QORXU: Bu yerlər Türkiyənin əlinə keçəcək

Ən BÖYÜK QORXU: Bu yerlər Türkiyənin əlinə keçəcək

ABŞ prezidenti Donald Trampın Suriyadan çəkiləcəyi barədə bəyanatı terror təşkilatlarına verilən silahların taleyi ilə bağlı sualı ortaya çıxardı. Bu suala cavab verən siyasi şərhçilər eyni zamanda, Fransanın "ABŞ-ın boşaldacağı yerlərə biz gələcəyik" şərhinin nə anlama gəldiyini və Türkiyəni bölgədə nələrin gözlədiyini də qiymətləndiriblər.

Publika.az xəbər verir ki, Türkiyənin "Yeni Şəfəq" nəşrinə danışan ekspertlərin fikrincə, Qərbin, o cümlədən Yaxın Şərqdəki bəzi dövlətlərin ən çox qorxduqları məsələ ABŞ-ın boşaldacağı yerlərə Türkiyənin girməsidir. Terror və təhlükəsizlik üzrə ekspert, təqaüddə olan general Fahri Erenelin sözlərinə görə, ABŞ-dan böyük miqdarda silah-sursat alan terror qruplaşmalarının toplu halda harasa göndərilməsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, kürd terrorçular Afrində yaşadıqlarını Suriyanın şimalında da yaşamağa yaxındırlar. Onun sözlərinə görə, ABŞ-ın bölgəyə çatdırdığı silah-sursatın böyük hissəsi Türkiyə Silahlı Qüvvələrinin əlinə keçə bilər. "Bundan sonra, həmin silahların hansı ölkədən gəldiyini də dəqiq şəkildə görmək mümkün olacaq", - təqaüddə olan general bildirib. Fransanın "ABŞ-ın çəkiləcəyi bölgələrdə yerləşəcəyik" açıqlamasını şərh edən Erenel bildirib ki, Türkiyə, Rusiya, İran və dolayısıyla Suriya bölgənin gələcəyi ilə bağlı birlikdə qərar verəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz