"Heç kim Türkiyə ilə təhdid dilində danışa bilməz".
Millitv.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ-ın sanksiya tətbiq edəcəyinə dair xəbərdarlığını şərh edərkən deyib.
Ərdoğan bildirib ki, Türkiyə NATO-da ABŞ-la ən gözəl əməkdaşlığı həyata keçirib. Koreyada onlarla birlikdə olduq. Hələ də NATO-da yüksək səviyyədə əməkdaşlığı həyata keçiririk. Bizə təhdid ifadələri ilə yanaşmaq heç kimə heç nə qazandıra bilməz. Biz bu cür təhdid dilinə icazə vermərik. Bizim xarakterimizi yaxşı bilməlidirlər. Biz onlara ikitərəfli görüş keçirdik, mövqeyimizi bildirdik, fikirlərimizi bu gün də paylaşırıq. Biz inandığımız yolda müstəqilliyimizi qoruyaraq davam edəcəyik".
Qeyd edək ki, Vaşinqton amerikalı rahib Endryu Brunsonun Türkiyədə FETÖ və PKK terror təşkilatına dəstək vermək ittihamı ilə həbs edilməsindən sonra Ankaraya qarşı sanksiyaları gündəmə gətirib.