Axtarış...

Qarabağ azad olunandan sonra danışıqlar haradan başlayacaq?


MilliTV.az

Bütün müharibələr diplomatik danışıqlarla başlayır, onunla da bitir. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı məsələnin də gec-tez danışıqla başa çatacağı istisna edilmir. Elə əks-hücum başlayandan bəri münaqişənin həllində bir addımın atılmasına nail olmayanlar yenə danışıqlardan, atəşkəsdən danışırlar. Bu qüvvələr hələ də Azərbaycan və Ermənistana eyni məsafədən yanaşırlar. Bu bərabər məsafədən yanaşma daha çox ermənilərin xeyrinə işləyir. Hakim rolunda çıxış edən həmin iddiaçılar hələ də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul, onun həmin ərazidən çıxmasını tələb etmirlər.

Deməli, 28 ildir vasitəçilərin apardığı danışıqlar nəticə verməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin səfərləri daha çox turist səyahətini xatırladıb. Azərbaycanın haqlı tələbləri qarşılığında beynəlxalq vasitəçilər müxtəlif diplomatik terminlərlə vaxtı uzadıblar. Belə vəziyyət isə daha çox ermənilərin, Ermənistanın və separatçıların xeyrinə olub. Vəziyyətdən istifadə edən Ermənistan özünü Qarabağın “yiyəsi” kimi aparmağa çalışıb. 2018-ci ilin aprel hadisələri nəticəsində hakimiyyətə gələn yeni qüvvələr də reallıq hissini itirərək işğaldan əl çəkmədi. Əksinə, bu cinayəti daha da dərinləşdirməyə çalışdı.

Başqa sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan da özündən əvvəlkilər kimi Qarabağdakı erməni icmasından siyasi oyunlar üçün istifadə etməyə başladı. Özünü Qarabağ münaqişəsinin həllində "novatorçu" göstərmək üçün separatçıların tərəf kimi qəbul olunmasını təklif etdi. Bu və başqa belə təklifləri ilə rəsmi Yerevan danışıqların gedişini pozmağa çalışırdı. Həmsədrlər isə ənənəvi olaraq Ermənistan hakimiyyətinin başını sığallamaqla günü külə sovururdu. Vəziyyət o yerə çatdı ki, Ermənistan Dağlıq Qarabağda daha da möhkəmlənib, Azərbaycanın əlavə ərazilərini işğal etmək üçün hücuma keçdi. Ermənistan hakimiyyətinin davranışı, beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi Azərbaycana məsələnin həlli ilə bağlı öz variantını irəli sürməyə vadar etdi. Rəsmi Bakı əks-hücum əməliyyatına başladı. Bu müddət ərzində işğal altında olan torpaqlar Ermənistanın və havadarlarının işğalından azad edilir. Danışıqlar dayanıb, həmsədrlərin fəaliyyəti yox dərəcəsindədir. ATƏT-in fəaliyyətdə olan sədrinin təmsilçiləri işsiz qalıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz