MilliTV.az
“Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da bizim üçün elə Vətəndir”.
APA-nın məlumatına görə, bu sözləri “APA TV”nin canlı efirində Türkiyənin azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, Qarabağın işğal altında olması eynən onların öz torpağının işğal olması kimidir: “Bu torpaqlar tez bir zamanda işğaldan azad edilməlidir. Öz doğma torpaqlarından qaçqın və köçkün düşən həmvətənlilərimiz öz evlərinə qayıtmasını ürəkdən arzu edirik. ATƏT-in Minsk qrupu indiyə qədər aparılan danışıqlarda müsbət nəticə əldə etməyib. 30 ildir, ortada böyük bir haqsızlıq var, lakin heç kim bu haqsızlığın aradan qaldırılması istiqamətində bir addım atmayıb. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə buradan xəbərdarlıq edirik. Ortada olan ədalətsizlik aradan qalxmayınca Azərbaycanda olan qəzəb daha da böyüyəcək. Ən böyük öncəliyimiz Qarabağ məsələsinin diplomatik yollarla həllini tapmasıdır. Lakin qarşımızdakıların da bunu bilməsi lazımdır ki, hər kəsin bir yerə qədər səbri var. Azərbaycan bu məsələdə yetəri qədər səbir göstərdi”.