Axtarış...

Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib


MilliTV.az

Estoniyada yaşayan Züleyxa İsmayılova bu ölkədə fəaliyyət göstərən “Yaşıllar” partiyasının həmsədri seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, bu, sentyabrın 12-də keçirilmiş qurultayda partiyanın nizamnaməsinə edilmiş dəyişikliklər nəticəsində baş verib. Dəyişikliklərə əsasən, partiyaya 2 həmsədr rəhbərlik edəcək. Həmsədr seçilən soydaşımıza ətraf mühitin qorunması məsələləri həvalə edilib.

Xatırladaq ki, Züleyxa İsmayılova siyasətçi olmaqla yanaşı eko-aktivist, fotoqraf və jurnalistdir. Öncə ətraf mühitin müdafiəsi məsələləri ilə məşğul olan “Eston yaşıllar hərəkatı”nda könüllü kimi fəalliyət göstərib, 2005-ci ildən siyasətə qoşularaq Sosial-Demokatlar Partiyasına daxil olub. 2012-ci ildə bu partiyanı tərk edib, iki il sonra “Estoniya Yaşılları” partiyasına üzv olmağa üstünlük verib.

Qeyd edək ki, Z.İsmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Atası azərbaycanlı, anası estondur. Atasının vəfatınadək ailəsi Azərbaycanda yaşayıb. Sonra anası və bacısı ilə birlikdə Estoniyaya qayıdıb, 2017-2019-cu illərdə Tallinn şəhərinin vitse-meri vəzifəsində işləyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz