Axtarış...

Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək


MilliTV.az

Rusiyanın “VimpelCom” telerabitə şirkətinin prezidenti vəzifəsinə azərbaycanlı Rəşid İsmayılov seçilib.

Xeberler.az bildirir ki, bu barədə qərarı şirkətin Direktorlar Şurası avqustun 17-də keçirilən iclasda verib.

Rəşid İsmayılov ilə 2023-cü ilin avqust ayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, R.İsmayılov 2014-2018-ci illərdə Rusiyanın rabitə nazirinin müavini, daha sonra bu ölkədə “Nokia” şirkətinin bölməsi üzrə baş direktor vəzifəsində çalışıb, 2019-cu ildən isə Rusiyada internetin trafik tənzimlənməsi ilə məşğul olan şirkətə rəhbərlik edib
Text-to-Speech

DİNLƏ






Şərh yaz