MilliTV.az
Acınacaqlı və aciz, zəlil və rəzil durumda olan Ermənistan ardıcıl zərbələr alır. 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir. Faktlar təsdiq edir ki, Rusiyanın Ermənistanı silahlandırmasını davam etməsi işğalçı ölkəyə dəstəkdir, bu da öz növbəsində münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, mövcud status-kvonun saxlanmasına xidmət edir.
XeberOxu.Az-ın məlumatına görə, Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, son günlərin hadisələri, Rusiyanın təcavüzkar Ermənistanı silahla təmin etməsi cəmiyyətimizdə geniş rezonans doğurdu: "Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik"-in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək ondan Rusiyanın Ermənistanı silahlandırması və Tovuz döyüşlərindən sonra bu ölkəyə 400 ton silah tədarük etməsi məsələsinə aydınlıq gətirməsini istədi. Beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edən ölkə başçısı Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələyə xüsusi nəzər yetirir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır və bu məsələlərin həllinə nail olunur. 30 ildən artıq davam edən və bu günə qədər hələ də həllini tapmayan, tariximizin qan yaddaşına çevrilən Qarabağ münaqişəsi, yəni xəyanətkar Ermənistanın dövlətimizə, xalqımıza qarşı törətdiyi təcavüzkarlıq siyasəti, daşnak terroru, vandalizm aktları bu gün də cəmiyyətimizdə müzakirə obyektidir.
Onu da qeyd edək ki, münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də yenidən baxılmalıdır. Düşmənin dəfələrlə atəşkəs rejiminin pozduğunun şahidi olan və bununla belə xeyrimizə heç bir tədbir görməyən, “fəaliyyəti” isə sadəcə kağız üzərində olan ATƏT Minsk Qrupu təcili və mütləq buraxılmalıdır. Çünki həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı və Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir".