Axtarış...

Gədəbəydə vəzifəli 150 nəfərlik ad günü edib – Növbəti skandal


Ölkə gündəmi Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı baş verənlərlə çalxalanarkən, ünvanımıza Gədəbəy rayonundan məmurların karantin qaydalarını pozduğuna aid daha bir diqqətçəkici məlumat daxil olub.
Reportyor.info-ya gələn məlumata görə dəfə qanunu pozanlar Ədliyyə Nazirliyinin və Gədəbəy rayonunun yüksək vəzifəliləri olub. Məlumatda deyilir ki, 18 avqust 2020-ci il tarixdə Xaçmaz cəza çəkmə müəssisənin rəisi polkovnik Azər Firuddin oğlu İbrahimov rayonun Slavyanka kəndində yerləşən “Meh” istirahət mərkəzində 150 nəfərdən artıq adamın iştirakı ilə özünə təmtaraqlı ad günü keçirıb.
Ad günündə ədliyyə generalı Məhərrəm Qafarov, regional Xəzinə İdarəsini rəisi Namiq Məmmədov, rayonun hüquq muhafizə orqanlarının bir sıra əməkdaşları iştirak ediblər.
Bu barədə rayonda xeyli adam məlumatlıdır. Ədliyyə Nazirliyi və aidiyyəti orqanlar bu tədbirin təşkilatçıları, iştirakçiları və bu qanunsuzluğa şərait yaradanlar barədə tədbir görəcəklər.

REPORTYOR.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz