Axtarış...

Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

Anews.az-ın elektron poçtuna Gədəbəy rayon icra hakimiyyətinin binasında ölüm hadisəsi olması barədə məlumat daxil olub. Həmin məlumatda da qeyd edilir ki, Gədəbəy rayon Qaradağ kənd icra nümayəndəsi Qasımov Cahangir İsmayıl oğlu 03 aprel 2019-ci il tarixində Gədəbəy rayon icra hakimiyyətinin binasında dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə Qasımov Cahangir icra hakimiyyətinə işdən azad edilməsi üçün dəvət olunubmuş. Cahangir müəllim işdən könüllü çıxması üçün ərizə yazmalı imiş. Lakin o hadisə yerində vəfat edib.

Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinin rəsmi saytında qeyd olan nömrə ilə əlaqə saxladıq. Mətbuatdan olduğumuzu bilən kimi telefonu söndürdülər. Növbəti zənglərimizi açan olmadı.
Gədəbəy icra hakimiyyətinin birinci müavini Nağıyev Natiq ilə də əlaqə yaratdıq. Amma hadisə barədə heç bir fikir öyrənə bilmədik. Natiq müəllim başqa yerdə olduğunu qeyd edərək telefonu söndürdü. (Anews.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz