2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedyevin səfəri zamanı əlavə protokol imzalanmışdı. Buna əsasən Rusiya bazası Ermənistanla bağlı əlavə öhdəlik götürdü.
Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.
“Bu vaxta qədər 102-ci baza MDB-nin xarici sərhədlərinə görə məsuliyyət daşıyırdı. 2010-cu ildən sonra 102-ci baza bütün Ermənistan sərhədlərinə görə məsuliyyət daşıdı. Üstəgəl, Ermənistan ordusunun arsenalının yenilənməsinə görə məsuliyyəti üzərinə götürdü”, – deyə o bildirib.
Sərkisyan Rusiyanın verdiyi “İsgəndər”lərə görə Azərbaycanın Aprel müharibəsini davam etdirmədiyini də iddia edib.