MillTV.az
Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı tərəflərə atəşkəs şərtlərinə əməl etmələri ilə bağlı çağırış edirik.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasından ciddi narahatıq. Bizdə olan məlumata görə, atışma hələ də davam edir. Ölü və yaralılar var. Ölənlərin yaxınları və ailələrinə başsağlığı veririk”, - məlumatda bildirilib.
Qeyd olunub ki, Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin stabilləşməsi üçün yardım göstərəcək.