MilliTV.az
“Bu gecə naməlum şəxslər Müsavat Partiyasının qərargahına girib”.
“Report” xəbər verir ki, bu barədə Müsavat Partiyası başqanı Arif Hacılı “Facebook” hesabından bildirib.
Onun sözlərinə görə, dəmir barmaqlıqlar kəsilib, pəncərələr sındırılıb:
“Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.