Axtarış...

Məktəbdən və evlərdən oğurluq edən şəxslər tutuldu

Məktəbdən və evlərdən oğurluq edən şəxslər tutuldu

Lənkəran şəhərində silsilə oğurluqlar edən şəxslər tutulub.
“Ölkə.Az” xəbər verir ki,Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Elnur Zeynalov və Ruslan Əliyev saxlanılıb.
Araşdırmalar nəticəsində saxlanılan şəxslərin ayrı-ayrı vaxtlarda şəhər ərazindəki məktəbdən və 1 evdən noutbuk,proyektor,ərzaq məhsulları,300 manat pul və geyim əşyaları oğurladıqları məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.



Şərh yaz