Axtarış...

Oğurluq etdiyinə görə tutulmuş şəxslərin digər cinayətlərinin üstü açılıb



Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayonda “Mercedes” markalı avtomobildən 500 ABŞ dolları oğurlaması da aşkarlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.İsmayılovun avtomobilindən beş yüz manat pul və iki ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Naftalan rayon sakini B.Məmmədov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz