Axtarış...

"Elman Rüstəmov 1 həftə demişdi, pulumuzu niyə vermirlər?" - AKSİYA

"Elman Rüstəmov 1 həftə demişdi, pulumuzu niyə vermirlər?" - AKSİYA

Lisenziyaları ləğv edilən "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçiləri bu gün yenidən Mərkəzi Bank önündə yığışaraq aksiya keçirib.

“MediaPost” xəbər verir ki, aksiyaya səbəb bağlanan bankların vaxtilə qanunsuz qəbul etdiyi əmanətlərin bloklanması və həmin əmanətlərə görə hələ də əmanətçilərə kompensasiyanın ödənilməməsidir.

Əmanətçilər qeyd edir ki, Mərkəzi Bank ötən günlərdə etdiyi açıqlamasda Konstitusiya Məhkəməsinin bir həftə ərzində qərar qəbul edəcəyini bildirmişdi, lakin qərar hələ də verilməyib. Etirazçılar bildirir ki, onlar Mərkəzi Bankın nəzarətinə güvənərək həmin banklara pul yatırıblar.

Mərkəzi Bankı sədrinin müavini Alim Quliyev etirazçılar önündə çıxış edərək bildirib ki, son görüşdən cəmi 4 gün keçib, qərar yaxın günlərdə Konstitusiya Məhkəməsi tərəfindən veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Konstitusiya Məhkəməsində iclas keçirilib, lakin qərar hələ qəbul olunmayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz